Hamını özünə güldürdü: "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Digərləri 11 May 2025 15:45:00 130 0
Ermənistan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin keçmiş başçısı gülünc açıqlamaları ilə yenidən gündəmə gəlməyi bacarıb.
Bu haberi de oku: Tərtərdə qadın qətlə yetirildi Qayınatası saxlanıldı
Son.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin keçmiş sözçüsü Arsrun Hovhannisyan ölkə televiziyalarından birində qatıldığı proqramda verdiyi açıqlamalarla sözün əsl mənasında hər kəsi güldürməyə nail olub.
Belə ki, o, II Dünya Müharibəsi dövrünə toxunub və həmin dövrdə baş verənləri "şərh" edib. Onun sözlərinə görə, əgər Adolf Hitler həmin dövrdə Qafqazı ələ keçirsəydi, bu, Ermənistan üçün tarixi ərazilərin bərpasına yol aça bilərdi.
Hovhannisyan qeyd edib ki, guya belə bir ssenaridə erməni legionları vasitəsilə Türkiyəyə hücum edilə və "Böyük Ermənistan"ın qurulmasına imkan yaradıla bilərdi.