12ci mərtəbədən yıxılan oğlan oraya hazırlığa gəlirmiş


Digərləri 02 Kas 2025 07:02:00 80 0

12ci mərtəbədən yıxılan oğlan oraya hazırlığa gəlirmiş

"Kristal Abşeron" yaşayış kompleksində yeniyetmə 17 mərtəbəli binadan yıxılaraq həyatını itirib.

Son.az xəbər verir ki, o, təxminən saat 13 radələrində binadakı mənzillərdən birinin balkonundan yıxılıb.

Belə ki, 2010-cu il təvəllüdlü Quliyev İlqar Teymur oğlu ehtiyatsızlıq səbəbindən hündürlükdən yıxılaraq aldığı xəsarətlərdən yerindəcə vəfat edib.

APA-nın məlumatına görə, oğlan sözügedən binada yaşamayıb. O, Qobudan o binaya hazırlığa gəlirmiş.

Faktla bağlı araşdırma aparılır.