Teztez münasibət yaşamaq xərçəngdən qoruyurmuş


Digərləri 02 Kas 2025 04:04:00 93 0

Teztez münasibət yaşamaq xərçəngdən qoruyurmuş

Alimlər prostat xərçənginin qarşısını almaq üçün kişilərə lazım olan cinsi aktivlik tezliyini açıqlayıb.

Son.az xəbər verir ki, ABŞ-nin Boston Universitetinin epidemioloqu və onkoloqu, professor Cennifer Ryder prostat vəzi xərçənginin qarşısını almaq üçün kişilərə tez-tez cinsi əlaqədə olmağı tövsiyyə edib.

Onun fikirləri The Sun nəşrində dərc olunub.

Alimin iştirakı ilə aparılan araşdırmanın nəticələrinə görə, həftədə təxminən beş dəfə cinsi əlaqədə olan kişilərdə prostat xərçəngi riski, ayda dörd-beş dəfə əlaqədə olanlarla müqayisədə təxminən üçdə bir nisbətində daha az olur.