Dünyanın ən yaşlı qadınının uzunömürlülük SİRRİ


Digərləri 02 Kas 2025 01:01:00 104 0

Dünyanın ən yaşlı qadınının uzunömürlülük SİRRİ

Alimlər dünyada ən uzunömürlü insan kimi tanınan Maria Branyas Moreranın DNT-sini araşdıraraq onun uzunömürlülüyünün səbəblərindən birini müəyyənləşdiriblər.

Son.az xarici mənbələrə istinadən xəbər verir ki, ABŞ-də doğulan, lakin ömrünün böyük hissəsini İspaniyanın şimal-şərqində yaşayan Branyas ötən il 117 yaşında dünyasını dəyişib.

Tədqiqatçılar bildiriblər ki, onun gündə üç dəfə qatıq yeməsi sağlam qocalmasına və uzunömürlülüyünə mühüm təsir göstərib. Alimlərin fikrincə, Branyasın rasionunda probiotik qatığın xüsusi yer tutması orqanizmdə faydalı bakteriyaların fəaliyyətini gücləndirib və immun sistemini möhkəmləndirib.

Maria Branyas öz uzunömürlülüyünü həm yaxşı genetika, həm də şansa bağlayırdı. Aparılan genetik araşdırmalar bu fikirləri qismən təsdiqləsə də, alimlər onun qidalanma vərdişlərinin də mühüm rol oynadığını vurğulayıblar.


Habere ait fotoğraflar