Yaponlar plovu belə bişirir: Dəndən olmasının sirri


Digərləri 02 Kas 2025 00:38:00 137 0

Yaponlar plovu belə bişirir: Dəndən olmasının sirri

Artıq yapışqan, lapa plov dövrü bitir. Yaponların illərdir tətbiq etdiyi gizli "yuma üsulu" sayəsində plov dənə-dənə olur, həm görüntüsü, həm dadı möhtəşəmdir.

Son.az xəbər verir ki, yaponlara görə mükəmməl plovun sirri nə bahalı düyüdə, nə də ustalıqda gizlidir. Əsl sirr - düyü bişmədən öncə edilən sadə, amma vacib bir addımda - düzgün yuma texnikasındadır.

Usta aşpazların təqdim etdiyi o yumşaq, ətirli və dən-dən plovun arxasında, əslində çox sadə bir qayda dayanır.

Düyü yığından qablaşdırmaya qədər keçdiyi mərhələlərdə üzərində toz və çoxlu nişasta toplayır. Əgər düyü yuyulmadan bişirilərsə, bu nişasta bişmə zamanı yapışqan kütləyə çevrilir və nəticədə plov lapa və ağır olur.

Yapon mətbəxində demək olar ki, mərasim halına gətirilən düyü yuma prosesi əslində çox asandır və cəmi bir neçə dəqiqə çəkir.

1. Suyla qarışdırın: Düyünü geniş bir qaba tökün və üzərinə soyuq su əlavə edin.

2. Yüngülcə ovalayın: Əllərinizlə düyü dənələrini bir-birinə yüngülcə sürtün. Su dərhal ağaracaq - bu, artıq nişastanın ayrıldığını göstərir.

3. Təkrarlayın: Bulanıq suyu süzün, yenidən soyuq su əlavə edin. Su demək olar ki, şəffaflaşana qədər - adətən 3-4 dəfə - bu prosesi təkrarlayın.