Yaşıl çay gündə nə qədər və nə zaman içilməlidir?
Digərləri 01 Kas 2025 22:00:00 102 0
Yaşıl çayı içmək üçün ən doğru vaxt hansıdır və gündə nə qədər içilməlidir?
Bu haberi de oku: GTA VI belə olacaq
Son.az yaşıl çayın faydalarından tutmuş, onu içmək üçün ən uyğun vaxtlara qədər bütün detalları təqdim edir.
Yaşıl çay yüksək keyfiyyəti və zəngin tərkibi ilə bir çox faydası var. O, antioksidantlarla zəngindir, həmçinin çəki atmağa və enerjini artırmağa kömək edir.
Yaşıl çay polifenollar adlanan güclü antioksidantlarla doludur. Bu maddələr orqanizmdə sərbəst radikallarla mübarizə apararaq hüceyrələri qoruyur və oksidləşmə stresini azaldır. Müntəzəm qəbul edildikdə, immun sistemini gücləndirir.
Yaşıl çay metabolizmi sürətləndirir və yağ yandırmanı artırır. Tərkibindəki katexin, flavonoid və polifenollar orqanizmin daxili istiliyini artıraraq yağların enerji kimi istifadə olunmasına kömək edir. Buna görə də bir çox insan yaşıl çayı "detoks içkisi" kimi qəbul edir.
Yaşıl çayda az miqdarda kofein və "L-teanin" adlı amin turşusu var. Bu maddələr birlikdə zehni oyanıqlığı və enerjini artırır, diqqəti və yaddaşı gücləndirir.
Yaşıl çayın müntəzəm qəbulu qan təzyiqini tənzimləyir, qan dövranını yaxşılaşdırır və ürək-damar xəstəliklərinin riskini azaldır.
Yaşıl çay antibakterial xüsusiyyətlərə malikdir və soyuqdəymə, öskürək, boğaz ağrısı zamanı bədəni qoruyur. Qədim Çin təbabətində o, qrip və soyuqdəyməyə qarşı təbii vasitə kimi istifadə olunub.
Yaşıl çay faydalı olsa da, bəzi hallarda diqqətli olmaq lazımdır:
Dəmirin sorulmasını azalda bilər - yeməklə birlikdə içmək olmaz; yeməkdən 1-2 saat əvvəl və ya sonra içmək məsləhətdir.
Kofeinə həssas olanlara narahatlıq, ürəkbulanma və yuxusuzluq kimi təsir edə bilər.
Dərmanlarla - xüsusilə qan durulaşdırıcılar və ürək dərmanları ilə əks təsir göstərə bilər .
Yaşıl Çayı Nə Zaman İçmək Lazımdır?
Səhər saatlarında içilən yaşıl çay enerjini artırır və günə təravətli başlamağa kömək edir. Kofe kimi əsəbilik yaratmaz, əksinə, sakit və davamlı enerji təmin edir.
Ac qarına içmək mədə turşusunu artırdığı üçün məsləhət görülmür. Ən yaxşısı yeməkdən 30-60 dəqiqə sonra içməkdir - bu, həm həzmə kömək edir, həm də metabolizmanı sürətləndirir.
İdmandan təxminən 1,5 saat əvvəl yaşıl çay içmək yağ yandırmanı artırır, idman zamanı diqqət və dözümlülüyü gücləndirir. İdmandan sonra içmək isə bədəni bərpa edir və enerjini yeniləyir.
Axşam saatlarında içilən yaşıl çay stresi azaldır və rahat yuxuya kömək edir. Kofeini az olan növlər - yaşıl çay + yasəmən, nanə, çobanyastığı və ya darçın qarışıqları - ən uyğun seçimlərdir.
Mütəxəssislər gündə 2-5 fincan yaşıl çay içməyi məsləhət görür. İmmuniteti gücləndirir, iltihabı azaldır və dərinin vəziyyətini yaxşılaşdırır.
