Ağstafada kran aşdı xəsarət alanlar var


Digərləri 20 Tem 2025 20:57:00 81 0

Ağstafada kran aşdı  xəsarət alanlar var

Ağstafada yol nəqliyyat hadisəsi baş verib.

Bu haberi de oku: Qəhvəni bu saatda

Son.az-ın yerli bürosunun məlumatına görə hadisə rayonun Muğanlı kəndində yerləşən sərt döngədə qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Aqil Qasımov idarə etdiyi "KAMaz" markalı avtomobil (kran) ilə hərəkətdə olan zaman avtomobil idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar sürücü, onun sərnişinləri 1998-ci il təvəllüdlü Eltun Yusibov və 1988-ci il təvəllüdlü Elvin Yusibovdur.

Sürücünün vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. /APA