GürcüstanRusiya sərhədində güclü zəlzələ oldu


Digərləri 20 Tem 2025 19:39:00 59 0

GürcüstanRusiya sərhədində güclü zəlzələ oldu

İyulun 20-də Gürcüstan-Rusiya sərhədindən 26 kilometr aralıda İnquşetiyada 4,2 bal gücündə zəlzələ olub.

Son.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ Tbilisi vaxtı ilə saat 16:20-də qeydə alınıb.

Yeraltı təkanlar Gürcüstanın sərhədboyu ərazilərində güclü, paytaxt Tbilisidə isə zəif hiss olunub.