Sabiq futbolçunun atası Xəzərdə boğuldu
Digərləri 20 Tem 2025 19:20:00 93 0
Sumqayıtda dənizdə bədbəxt hadisə baş verib.
Bu haberi de oku: “AzerGold"un növbəti xatirə sikkəsi Laçına həsr olunacaq
Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində Xəzər dənizi sahilində qeydə alınıb.
Məlumata görə, 1971-ci il təvəllüdlü Asif Muxtarov dənizdə çimərkən batıb.
Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Asif Muxtarov keçmiş futbolçu Nicat Muxtarovun atasıdır. N. Muxtarov "Sumqayıt" klubunda çıxış edib. Son.az
Kaynak: milli.az