İran və “AB üçlüyü” nüvə danışıqlarına başlamağa razılaşdı


Digərləri 20 Tem 2025 17:38:00 83 0

İran və “AB üçlüyü” nüvə danışıqlarına başlamağa razılaşdı

İran, nüvə proqramı ilə bağlı Almaniya, Fransa və Böyük Britaniyadan ibarət "AB üçlüyü" ilə danışıqlar aparmağa razılaşıb.

Son.az xəbər verir ki, bu barədə məlumatı İranın "Tasnim" agentliyi etibarlı mənbəyə istinadən yayıb.

"Tehran, İranın nüvə məsələsi ilə bağlı danışıqların aparılması üçün üç Avropa ölkəsi - Almaniya, Fransa və İngiltərə ilə razılıq əldə edib", - məlumatda qeyd olunub.

Hələlik danışıqların dəqiq vaxtı və keçirilmə yeri barədə rəsmi məlumat verilməyib.

Bununla belə, "Sky News Arabia"nın yaydığı məlumata əsasən, İran və "AB üçlüyü" arasında nüvə danışıqları gələn həftə İsveçrənin Cenevrə şəhərində baş tutacaq.

Kənan Son.az