Ərdoğanla futbolçu Kaan Ayhan arasında maraqlı dialoq
Digərləri 20 Tem 2025 17:50:00 81 0
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə məşhur futbolçu Kaan Ayhan arasında maraqlı bir söhbət baş tutub.
Bu haberi de oku: İran və “AB üçlüyü” nüvə danışıqlarına başlamağa razılaşdı
Son.az xəbər verir ki, dialoq "Tütün məmulatlarının zərərli təsirlərinin qarşısının alınması və onlara nəzarət haqqında Qanunun qəbulunun ildönümü münasibətilə gənclərlə görüş" proqramı çərçivəsində baş verib.
Tədbirdə Prezident Ərdoğanla yanaşı, idman dünyasının tanınmış simaları da iştirak ediblər.
Görüş zamanı Ərdoğan milli komandanın və "Qalatasaray" klubunun futbolçusu Kaan Ayhana neçə övladının olduğunu soruşub.
Ayhanın "İki" cavabını alandan sonra Ərdoğan zarafatla, "Amma dayanmaq yoxdur, yola davam. Elə deyilmi?" - deyə cavab verib.
Kənan Son.az