Aysunun qatilləri ən yaxınları imiş Gerçəklər 3 il sonra üzə çıxdı FOTO


Digərləri 20 Tem 2025 17:26:00 69 0

Aysunun qatilləri ən yaxınları imiş  Gerçəklər 3 il sonra üzə çıxdı  FOTO

Muğlanın Fethiye rayonunda 3 il əvvəl itkin düşən Aysun Dersəyə aid sümük qalıqları və geyimləri meşədə tapılıb. Əldə olunan sübutlardan yola çıxan istintaq qrupları, Aysun Dersəni həyat yoldaşı Metin Derse iki qayını və yoldaşının əmisi oğlunun öldürdüyünü müəyyən edib. Məhkəməyə çıxarılan şübhəlilər həbs olunaraq həbsxanaya göndərilib.

Son.az bu barədə yerli mətbuata istinadən xəbər verir.

Muğlanın Fethiye rayonunda, 2022-ci ilin aprel ayında itkin düşən Aysun Derse ilə bağlı Fethiye Respublika Prokurorluğunun apardığı istintaq çərçivəsində, Muğla İl Təhlükəsizlik İdarəsinin Cinayət Axtarış Bürosunun əməkdaşları 12 iyun tarixində Fethiye meşəsində araşdırma aparıblar.

Meşədə sümük parçaları və geyimləri tapılıb

Aparılan işlər nəticəsində Aysuna aid sümük qalıqları və geyimlər aşkarlanıb. Toplanmış sübutlar və əldə olunan dəlillər əsasında polis müəyyən edib ki, Aysun Dersə həyat yoldaşı Metin Derse, onun iki qardaşı və əmisi oğlu tərəfindən öldürülüb.

Ünvanlardan silah-sursat çıxdı