Moskva aeroportlarında həyəcanlı gecə – Uçuşlar məhdudlaşdırıldı


Digərləri 20 Tem 2025 15:43:00 72 0

Moskva aeroportlarında həyəcanlı gecə – Uçuşlar məhdudlaşdırıldı

Rusiyada iyulun 19-dan 20-nə keçən gecə uçuşlara tətbiq olunan məhdudiyyətlər nəticəsində ümumilikdə 134 təyyarə alternativ hava limanlarına yönləndirilib.

Son.az xəbər verir ki, bu barədə "Rosaviasiya" məlumat yayıb.

Rəsmi məlumata görə:

Şeremetyevo hava limanına 78, Vnukovoya 45, Domodedovoya 8, Jukovski hava limanına isə 3 təyyarə yönləndirilib.