Məşhurların keçmiş peşələri təəccübləndirdi


Şou-biznes 20 Tem 2025 08:48:00 76 0

Məşhurların keçmiş peşələri təəccübləndirdi

Bu gün milyonlarla insanın tanıdığı ulduzlar, keçmişdə tamamilə fərqli həyat yaşayıblar. Məşhurluq pillələrini qalxmazdan əvvəl aralarında ofisiant işləyən də olub, sexdə əmək sərf edən də.

Son.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hər bir səhnə işığı, bir vaxtlar kölgədə qalmış bir həyatın izlərini daşıyır. Bu gün milyonların heyranlıqla izlədiyi bir çox məşhur, karyerasına olduqca adi peşələrlə başlayıb. Bəziləri bankda kassir işləyib, bəziləri mağazada müştərilərə məhsul təqdim edib. Aralarında ofisiantlıq edənlər, tikiş sexində tər tökənlər, səhnəyə çıxmazdan əvvəl uşaq baxanlar, təhlükəsizlikçi işləyənlər də olub.

İndi biz onları mahnıları, rolları və ekranlardakı uğurları ilə tanıyırıq, amma bir zamanlar onlar da həyata ən aşağıdan başlamışdılar. Budur, məşhurların təəccüblü, ilhamverici və maraq doğuran ilk peşələri:

Məşhurların əvvəlki peşələri: Canan Ergüder - Ofisiant

Necati Şaşmaz - Turizmçi

Nur Fettahoğlu - Bank işçisi

Mabel Matiz - Stomatoloq

Kerem Bürsin - Təhlükəsizlikçi və idman məşqçisi

Hadisə - Mağaza satıcısı

Yıldız Tilbe - Satıcı və uşaq baxıcısı

Rafet El Roman - Müəzzin

Nejat İşler - Satıcı

Ebru Gündeş - Konfeksiyon işçisi

Serdar Ortaç - usta (dəmirçi)

Bu məşhurların keçmişi, bir çox insan üçün ilham mənbəyi ola bilər: ən sadə başlanğıclar belə, böyük uğurlara yol aça bilər. Lalə Qüdrətova Son.az