Bakının bu ərazisində evlər söküləcək
Digərləri 19 Tem 2025 23:50:00 82 0
Bakıda daha bir ərazidə söküntü işlərinə başlanılacaq.
Bu haberi de oku: 50 yaşdan yuxarı insanlar bu məşqi etsələr, ölüm riski AZALACAQ
Son.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Binəqədi rayonunda köhnə və sıx tikililərdən ibarət olan "Xutor" adlanan yaşayış massivində söküntü işlərinə start veriləcək.
Ərazidəki evlərin plana düşdüyü bildirilir. Rəsmi qurumların nümayəndələri bugünlərdə qəsəbə ərazisinə baxış keçirməyə başlayıb. Ərazidə yaşayan sakinlər bildirdilər ki, artıq Rəşid Məmmədov küçəsində fərdi yaşayış evlərində sahədaxili ölçmə işləri aparılıb.
Sakinlər ödəniləcək kompensasiyanın məbləğinin bazar qiymətlərinə uyğun olmasını istəyirlər.
Sakinlərin bəziləri isə pul yox, eyni ərazidə yeni mənzillə təmin olunmaq istəyirlər.
Qeyd edək ki, "Xutor" qəsəbəsinin sökülməsi məsələsi uzun illərdir müzakirə olunur. Son.az