İyulun 21də qaz kəsiləcək Bu ərazilərdə


Digərləri 19 Tem 2025 23:02:00 84 0

İyulun 21də qaz kəsiləcək  Bu ərazilərdə

Bazar ertəsi Zaqatala şəhərinin bir hissəsində qaz olmayacaq.

"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, Zaqatala Regional Qaz İstismarı İdarəsinin Zaqatala xidmət sahəsinin ərazisində Zaqatala şəhəri Vaqif küçəsi 1 ünvanında mövcud qaz sayğaclarının giriş hissəsindəki yivli birləşmələrin ləğv edilərək əymə borularla əvəz edilməsi məqsədi ilə 21.07.2025-ci il tarixdə saat 09:30-dan işlər yekunlaşanadək cəmi 102 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.