2 yaşlı uşağın başına faciə gəldi – Soyuducunu açdı və...
Digərləri 19 Tem 2025 22:02:00 66 0
Türkiyənin Bursa şəhərində 2 yaşlı uşaq təsadüfən soyuducuda saxlanılan dərmanları qəbul etdikdən sonra xəstəxanalıq olub.
Bu haberi de oku: Az yaşayan yeganə bürc
Son.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Osmanqazi rayonunda baş verib. Valideynlərin diqqətsizliyi nəticəsində azyaşlı uşaq soyuducunun içindəki dərmanlara əl atıb və bir neçə həb qəbul edib. Qısa müddət sonra uşağın halı pisləşib və təcili tibbi yardım çağırılıb.
Təxirəsalınmaz şəkildə xəstəxanaya yerləşdirilən uşağın mədəsinin yuyulduğu və müalicəsinə dərhal başlandığı bildirilib. Hazırda onun vəziyyətinin stabil olduğu qeyd olunur.
Kaynak: milli.az