39 il cəza çəkən məhbusun təqsirsiz olduğu üzə çıxdı FOTO
Dünya 19 Tem 2025 14:41:00 57 0
39 il əvvəl baş vermiş məktəbli qızın qətlinə görə cəza çəkən yaponiyalı Şoci Maekava işin təkrar istintaqından sonra bəraət qazanıb.
Bu haberi de oku: Bu ölkədə hökümət "Telegram"ı qadağan etdi
Son.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
39 il əvvəl Fukui şəhərində orta məktəb şagirdini öldürməkdə təqsirli bilinən 60 yaşlı kişinin işinə Naqoya Ali Məhkəməsinin Kanazava şöbəsində yenidən baxılıb.
Məhkəmə prosesi zamanı qətl gecəsi Maekavanı qanlı paltarda gördüklərini deyən şahidlərin ifadəsi şübhə altına alınıb. Bundan əlavə, şahidlərin ifadələrində istintaqın əvvəllər göz yumduğu yeni faktiki uyğunsuzluqlar aşkarlanıb.
Kaynak: milli.az