“Prius” yük maşınını AŞIRDI


Digərləri 19 Tem 2025 13:49:00 75 0

“Prius” yük maşınını AŞIRDI

Bu gün Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, şəhərin Səbuhi Əliyev küçəsində "Toyota Prius" markalı minik avtomobili ilə "Qazel" markalı yük maşını toqquşub. Nəticədə yük avtomobili aşıb.

Hadisə nəticəsində 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hər iki maşına ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.