III Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə gəlib FOTO
Digərləri 19 Tem 2025 13:00:00 94 0
III Şuşa Qlobal Media Forumunda iştirak etmək üçün Azərbaycana gələn xarici qonaqları Füzuli rayonu qarşılayır.
Trend-in xüsusi müxbiri xəbər verir ki, forum iştirakçılarını daşıyan təyyarə Füzuli beynəlxalq hava limanına eniş edib.
III Şuşa Qlobal Media Forumunda 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən, 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin, sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin iştirakı gözlənilir.
"Rəqəmsal transformasiya: Süni intellekt dövründə informasiya və medianın dayanıqlılığının gücləndirilməsi" mövzusuna həsr olunmuş forum iyulun 19-dan 21-dək keçiriləcək.
Kaynak: milli.az