Pezeşkian İsrailin hava hücumu nəticəsində yaralanıb


Dünya 19 Tem 2025 12:13:00 76 0

Pezeşkian İsrailin hava hücumu nəticəsində yaralanıb

İran prezidenti Məsud Pezeşkian keçən ay İsrailin İrana hava hücumlarından biri zamanı ayağından yaralanıb.

Son.az xəbər verir ki, bu məlumatı iki yüksək vəzifəli ABŞ kəşfiyyat rəsmisi "CBS News"a təsdiqləyib.

Mənbələrin bildirdiyinə görə, hücum zamanı Pezeşkian Ali Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasında iştirak edirmiş və təhlükəsizlik şaftı vasitəsilə təxliyə olunarkən xəsarət alıb. İranın dövlət mediası bu hadisə ilə bağlı oxşar məlumat yayıb.

Prezidentin hücum zamanı birbaşa hədəf alınıb-alınmadığı bəlli deyil, lakin Pezeşkian bu ayın əvvəlində də verdiyi müsahibədə İsrailin ona qarşı sui-qəsdə cəhd etdiyini iddia edib.Müsahibədə o qeyd edib ki, hücum zamanı iclas keçirilən əraziyə casusların əldə etdiyi kəşfiyyat məlumatı əsasında zərbə endirilib. 

Hadisənin dəqiq tarixi açıqlanmayıb. Nə Ağ Ev, nə İsrail hökuməti, nə də İran rəsmiləri məsələ ilə bağlı rəsmi şərh verməyib.

Fidan Son.az