FHNdən çimərliklərlə bağlı
Digərləri 19 Tem 2025 12:30:00 60 0
Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərlə bağlı təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə təkrar müraciət edib.
Bu haberi de oku: “Prius” yük maşınını AŞIRDI
Son.az xəbər verir ki, müraciətdə deyilir:
"Yay fəslinin gəlişi və havaların isinməsi ilə əhalinin istirahət üçün üz tutduğu məkanlardan biri də su hövzələridir.
FHN tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar tərəfindən bu məkanlarda təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur.
Qeyd olunanları nəzərə alaraq, nazirlik əhaliyə müraciət edərək su hövzələrində, o cümlədən çimərliklərdə təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır. Belə ki, aşağıdakılar qadağandır:
- çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə çimmək;
- çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;
- küləkli havada dənizə girmək;
- çimərlikdə gecələmək;
- sərxoş halda çimərlikdə olmaq;