"Real"ın ulduzu malikanəsini SATDI
Digərləri 19 Tem 2025 11:13:00 64 0
Tibo Kurtua İspaniyadakı malikanəsini təxminən 4,5 milyon avroya satıb.
Bu haberi de oku: Tanınmış şair vəfat etdi
Son.az Trend-ə istinadən bildirir ki, "El Confidencial" nəşrinin məlumatına görə, "Real"ın qapıçısı Madrid yaxınlığında yerləşən Boadilja-del-Monte şəhərinin nüfuzlu Las Lomas rayonundakı evini satıb.
Üç mərtəbəli binanın ümumi sahəsi 875 kvadratmetr, yerləşdiyi torpaq sahəsi isə 2 500 kvadratmetrdir. Evdə yeddi yataq otağı, beş hamam otağı və hovuz mövcuddur.
Kurtua bu malikanəni 5 il əvvəl almışdı. İndi isə o, bu evi "elit səviyyəli" başqa bir idmançıya satıb. Qeyd olunur ki, belçikalı qolkiper və ailəsi oktyabr ayına qədər həmin evdə qalacaq - bu müddətdə onların yaxınlıqda inşa edilən yeni evi tamamlanacaq.
Yeni malikanənin ümumi sahəsi 6 000 kvadratmetr, yerləşdiyi torpaq sahəsi isə 15 000 kvadratmetr olacaq.