Bu ölkədə hökümət "Telegram"ı qadağan etdi
Dünya 19 Tem 2025 11:28:00 66 0
Nepal hökuməti onlayn fırıldaqçılıq və çirkli pulların yuyulması ilə bağlı artan narahatlıqlar fonunda məşhur mesajlaşma tətbiqi "Telegram"ın dərhal bloklanması barədə qərar verib.
Bu haberi de oku: Rusiya Odessanı vurdu Ölən var
Son.az xəbər verir ki, qadağa cümə günü Nepal Telekommunikasiya İdarəsi (NTA) tərəfindən elan olunub və bu, ölkənin rəqəmsal təhlükəsizliyi artırmaq istiqamətində atdığı növbəti addım hesab olunur.
Hökumət "Telegram"n ağır maliyyə cinayətlərində, o cümlədən saxta iş elanları və kriptovalyuta fırıldaqları kimi fəaliyyətlərdə istifadə olunmasını, eləcə də rəsmi orqanlarla əməkdaşlıqdan imtina etməsini əsas səbəb kimi göstərib.
Kaynak: milli.az