Arif Əzizov vəfat etdi


Digərləri 19 Tem 2025 09:15:00 57 0

Arif Əzizov vəfat etdi

Azərbaycanın görkəmli ziyalısı, tanınmış memar, onlarla tarixi-mədəni abidənin bərpasında əvəzsiz xidmətləri olan Prezident təqaüdçüsü, dövlət qulluqçusu Arif Bəylər oğlu Əzizov vəfat edib.

Son.az xəbər verir ki, görkəmli memar ötən gün 80 yaşında dünyasını dəyişib.

Yaxınları onun vəfatı ilə əlaqədar başsağlığı verib, ruhuna ehtiramlarını ifadə ediblər.

Ömrünü Vətənə, xalqına və mədəni irsimizə həsr etmiş Arif Əzizovun əziz xatirəsi daim onu tanıyan və sevən insanların qəlbində yaşayacaq.