İsraildə 3 nazir eyni anda istefa verdi
Dünya 18 Tem 2025 17:15:00 85 0
İsrailin daxili işlər naziri Moşe Arbel, sosial işlər naziri Yaakov Margi və dini işlər naziri Maykl Malçieli istefa məktubunu Baş nazir Benyamin Netanyahuya təqdim ediblər.
Bu haberi de oku: Suriya bu əraziyə xüsusi təyinatlılar göndərəcək
Son.az "The Times of Israel"ə istinadən xəbər verir ki, istefalar ultra-pravoslav "Şas" partiyasının hökumət koalisiyasından çıxmaq qərarının bir hissəsidir.
Daxili siyasi böhran dini ali təhsil müəssisələrinin tələbələrinin məcburi hərbi xidmətdən azad edilməsini nəzərdə tutan qanun layihəsi ətrafında yaranan gərginlik səbəbindən yaranıb.
"Şas" partiyasının üzvləri həm də səhiyyə naziri, əmək naziri, kənd təsərrüfatı nazirinin müavini vəzifələrində çalışırlar. Onların da bu gün istefa ərizələrini təqdim edəcəyi gözlənilir.
Fidan Son.az