Hindistanda ildırım faciəsi 33 ölü, çox sayda yaralı var
Dünya 18 Tem 2025 14:32:00 93 0
Hindistanın şərqində yerləşən Bihar əyalətində bu həftə musson fırtınaları zamanı baş verən ildırım çaxmaları nəticəsində azı 33 nəfər həyatını itirib, onlarla insan isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib.
Bu haberi de oku: Bu ölkədə hökümət "Telegram"ı qadağan etdi
Son.az xəbər verir ki, məlumatı əyalətin Fəlakətlərin İdarə Edilməsi Departamenti yayıb.
Hadisələr əsasən çərşənbə və cümə axşamı günləri qeydə alınıb. Qurbanların əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olan fermerlər və açıq sahələrdə işləyən fəhlələrdir. Rəsmilər bildirirlər ki, fırtınanın yaratdığı şimşəklər ani və dağıdıcı olub.
Bihar əyalətinin fəlakətlərin idarə olunması naziri Vijay Kumar Mandal bildirib ki, təhlükəli bölgələrdəki məmurlar əhaliyə ildırım riski ilə bağlı maarifləndirmə tədbirləri görməyə çağırılıb. Ştat rəhbərliyi həmçinin ildırım nəticəsində ölənlərin ailələrinə 4 milyon rupi (təxminən 4600 ABŞ dolları) təzminat veriləcəyini açıqlayıb.