Trampın səhhətində problem yarandı Bu xəstəlikdən əziyyət çəkir
Dünya 18 Tem 2025 09:25:00 70 0
ABŞ Prezidenti Donald Tramp ayaqlarında yaranan yüngül şişkinlik və qolundakı göyərmələr səbəbindən tibbi müayinədən keçirilib.
Bu haberi de oku: Pezeşkian İsrailin hava hücumu nəticəsində yaralanıb
Son.az xəbər verir ki, bu barədə "The Hill" nəşri Ağ Evin yaydığı rəsmi açıqlamaya istinadla məlumat yayıb.
Ağ Evin mətbuat katibi Karolina Levittin sözlərinə görə, Trampa hərtərəfli tibbi baxış keçirilib və damar sistemi də daxil olmaqla bir sıra diaqnostik testlər aparılıb. Nəticədə məlum olub ki, 79 yaşlı Tramp yaşlı insanlarda geniş yayılmış xroniki venoz çatışmazlıqdan əziyyət çəkir.
Məlumatda qeyd edilir ki, bu vəziyyət venaların qanın ürəyə qayıtmasını təmin edə bilmədiyi zaman meydana çıxır və nəticədə qan ayaqlarda toplanır. "Klivlend" klinikasının izahına görə, bu pozuntu ayaqlarda şişkinlik və diskomfortla müşayiət oluna bilər.
Karolina Levitt əlavə edib ki, Trampda daha təhlükəli bir damar problemi - dərin vena trombozu və ya qan laxtalarının yaranmasına dair heç bir əlamət aşkarlanmayıb.
Kənan Son.az