Polad Həşimovun sevdiyi mahnı bu dəfə onun ruhuna səsləndi
Digərləri 06 May 2025 11:41:00 540 0
Azərbaycanın Milli Qəhrəmanı, şəhid general Polad Həşimovun evində yadda qalan, duyğusal bir görüş baş tutub. Generalın sağlığında böyük sevgi ilə dinlədiyi "Biri sənsən, biri mən" mahnısı bu dəfə onun doğma evində, anasının yanında səsləndirilib.
Son.az xəbər verir ki, bu barədə "Mənim oğlum qəhrəmandır" layihəsinin rəhbəri Cəlal Qurbanov özünün sosial şəbəkə hesabında paylaşım edib.
Bildirilib ki, tanınmış sənətkar Aybəniz Haşımova həmin nəğməni şəhid generalın əziz xatirəsinə ithaf edərək ifa edib. Sevilən aktyor Füzuli Hüseynovun da iştirak etdiyi görüşdə musiqi bir daha təkcə sənət deyil, həm də xalqın şəhidinə olan dərin ehtiramının ifadəsinə çevrilib.
Mahnı bu dəfə sadəcə musiqi deyildi - bir xalqın şəhidə dediyi minnətdarlıq, bir ananın göz yaşına bürünmüş sevgisi idi. Səslənən hər bir söz, səslənən hər bir nəğmə Polad Həşimovun fədakarlığını, vətən sevgisini və əbədiyyətə qovuşmuş ruhunu yad edən səssiz bir fəryadıdır.
Ziyarət zamanı yaşanan səmimi anlar, duyğulu çıxışlar qonaqlara dərin təəssüratlar yaradıb. Aybəniz Haşımova və Füzuli Hüseynovun bu ziyarəti sənətin yalnız səhnədə deyil, eyni zamanda qəlbdə, yaddaşda və şəhid ruhuna verilən dəyərdə yaşadığını bir daha göstərib.
Həmin duyğulu anların görüntülərini təqdim edirik.
Astara rayon Toradi kənd sakini olan 16 yaşlı Gülnarə Şahid qızı Əlizad
ABŞ Prezidenti Donald Tramp 15 ay Rusiyada həbsdə qalan rus-amerikalı baleri
Nərimanov rayonunda bir qrup sakin binalarına yaxın ərazidə tikinti işlər
Belarus Respublikasının Baş naziri Aleksandr Turçin mayın 6-da Fəxri xiyab
Müğənni Mənzurə Musayeva açıqlaması ilə diqət çəkib.
Astrologiyaya inananlara görə, bəzi insanlar zəkası ilə, bəziləri isə
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla te
Xalq artisti Könül Xasıyeva açıqlaması ilə diqqət çəkib.
Gecə saatlarından başlayaraq müşahidə olunan yağıntılı hava şəraiti
Dövlət İmtahan Mərkəzi tərəfindən bir neçə gün öncə keçirilən 9-c
Azərbaycan hərbçiləri Moskvada keçiriləcək 9 May Qələbə Paradı öncə
Yuxuda qardaşının polis olduğunu görmək müxtəlif yozumlara sahib ola bil
Bakıda 10 yeni metrostansiyanın tikiləcəyi ərazilərin müəyyənləşdirim
