Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyeva “EcoMind 2025” konfransında iştirak edib FOTO
Siyasət 02 Noy 2025 15:28:00 86 0
Noyabrın 2-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Avropa Azərbaycan Məktəbində keçirilən "EcoMind 2025" konfransında iştirak edib.
Bu xəbəri də oxu: “Türkiyə, Azərbaycan və Ermənistan eyni istiqamətə yönəlir” Tom Barrack
Son.az xəbər verir ki, IDEA İctimai Birliyi və Avropa Azərbaycan Məktəbinin birgə təşkilatçılığı ilə baş tutan konfransın məqsədi uşaq və gənclər arasında ekoloji məsuliyyətin təbliği, məktəblərdə təhsil prosesində ətraf mühitə dair biliklərin və yaşıl düşüncə tərzinin təşviqidir.
Əvvəlcə Leyla Əliyeva məktəblilərin ətraf mühit problemlərinə, onun həlli yollarına, təbiətin qorunmasına dair ideyalarını əks etdirən əl işlərindən ibarət sərgiyə baxış keçirib.
Sonra konfransın açılış mərasimində çıxış edən Leyla Əliyeva gənclərin ekoloji təşəbbüslərdə fəal iştirakının və ətraf mühitin qorunması prosesində onların məsuliyyətinin vacibliyinin vurğulayıb. O, qeyd edib ki, hər bir məktəblinin ekoloji dəyərlərlə böyüməsi ölkənin yaşıl gələcəyinin təminatıdır.
Digər çıxış edənlər təhsil müəssisələrində ekoloji məsuliyyətin artırılması, gənclərin ekoloji təşəbbüslərdə iştirakı və dayanıqlı inkişaf məqsədlərinin tədrisə inteqrasiyası istiqamətində öz fikirlərini bölüşüblər.
Tədbirdə, həmçinin bədii hissə də nümayiş etdirilib.
Qeyd edək ki, ilk dəfə təşkil olunan "EcoMind 2025" konfransı gələcəkdə ənənəvi xarakter daşıyacaq və təhsil sahəsində ekoloji istiqamətdə əməkdaşlıq üçün yeni platforma formalaşdıracaq. Tədbirdə 30 universitet, 20 dövlət məktəbi, 21 özəl və beynəlxalq təhsil müəssisəsindən 450-dən çox iştirakçı bir araya gəlib.
"Uşaq yaşlarımdan həkim olmaq istəyirdim. Arzum idi ki, stomatoloq olu
Üç gün əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs
Yüksək qan təzyiqi çox vaxt özünü heç bir simptomla göstərmir, lakin u
Rusiya hökuməti yüksək vəzifəli şəxslərin Apple cihazlarından istifad�
Ötən gün axşam saat 20:00 radələrində Sumqayıt şəhəri ərazisində t�
İnsan ruhu zaman-zaman qaranlığa bürünür. Daxili boşluqlar, keçmişin a�
Salyan rayonunda (Ələt-Astara avtomobil yolunun 33-cü kilometrliyi) "Hav
"Türkiyə, Azərbaycan və Ermənistan eyni istiqamətə yönəlir".
Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.
Zavod səhvən fəhlənin hesabına 7 milyon köçürdü – işçi nömrəsini
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağ�
Ötən gün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəs
