Seksual zorakılıq iddiaları: Maykl Ceksonun fondundan milyonluq ödəniş
Şou-biznes 02 Noy 2025 10:25:00 83 0
Mərhum pop kralı Maykl Ceksonun adını daşıyan fond 2025-ci ilin əvvəlində sənətçini seksual zorakılıqda ittiham edən beş nəfərlə barışıq əldə edib.
Bu xəbəri də oxu: "Boybuxun, yaraşığım var, özümdən razıyam"
Son.az xəbər verir ki, "Financial Times"ın məhkəmə sənədlərinə əsasən, fond ümumilikdə 2,5 milyon dollar təzminat ödəyib.
Məlumata görə, bu ödəniş 2020-ci ildən bəri davam edən, ümumi dəyəri 16,5 milyon dollar olan iddia prosesinin yekun mərhələsi sayılır. İddiaçılar bildiriblər ki, həmin il təzyiq altında kompensasiya müqaviləsinə imza atıblar və indi həmin razılaşmanın yenidən dəyərləndirilməsini, işin ictimai məhkəmədə araşdırılmasını tələb edirlər.
Hazırda Los-Anceles məhkəməsi qərar verməlidir: iş ictimai şəkildə, yoxsa qapalı arbitraj qaydasında aparılacaq. Ceksonun fondu isə ittihamların əsassız olduğunu və 2020-ci ildə əldə olunmuş razılaşmanın bütün məsələlərin gizli şəkildə həllini nəzərdə tutduğunu vurğulayıb.
Ekspertlər bildirirlər ki, əgər məhkəmə prosesi açıq şəkildə keçirilsə, bu, 2026-cı ildə nümayişi planlaşdırılan "Michael" bioqrafik filminin reputasiyasına mənfi təsir göstərə bilər. Filmin prodüseri "Bohemian Rhapsody" və "The Aviator" kimi ekran işlərinin müəllifi, "Oskar" mükafatı laureatı Qraham Kinqdir.
Xatırladaq ki, Maykl Cekson 1990-cı illərdən etibarən bir neçə dəfə "uşaqlara qarşı qeyri-münasib davranış"da ittiham edilib, lakin 2005-ci ildə keçirilən məhkəmədə bəraət qazanıb. Müğənni 2009-cu ildə həddindən artıq ağrıkəsici qəbulu nəticəsində ürək dayanmasından vəfat edib. Onun şəxsi həkimi Konrad Mürrey səhlənkarlığa görə 4 il azadlıqdan məhrum olunmuşdu.
Kənan Son.az
Oktyabrın 31-dən noyabrın 2-dək İçərişəhərdə Zeytun Festivalı keçir
Zaqatala rayonunda maraqlı hadisə baş verib.
ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı mövqeyi getdikcə daha ayd
Son.az xəbər verir ki, lent.az-ın müsahibi Əməkdar artist Coşqun Rəhimo
Qış mövsümü yaxınlaşdıqca, bir çox ölkədə insanlar sərfəli isinmə
Ciyər bişirilərkən əvvəlcə ciyər kiçik kub şəklində doğranılır, u
"Kristal Abşeron" yaşayış kompleksində yeniyetmə 17 mərtəbəl
Rusiyalı səyahətçi Yaponiyaya səfəri zamanı oradakı qadınların bədən
Alimlər prostat xərçənginin qarşısını almaq üçün kişilərə lazım o
Mixəyin sonsuz faydalarına dair Çin təbabətində geniş məlumat var. Çinl
Alimlər dünyada ən uzunömürlü insan kimi tanınan Maria Branyas Moreranın
Artıq yapışqan, lapa plov dövrü bitir. Yaponların illərdir tətbiq etdiyi
