Ağcabədidə tar və fortepiano ixtisasları üzrə ustad dərsləri FOTO
Kriminal 01 Noy 2025 21:37:00 79 0
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) "Mədəniyyət rüzgarı" layihəsi çərçivəsində Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Qarabağ Muğam Mərkəzində tar və fortepiano ixtisasları üzrə ustad dərsləri keçirilib.
Ustad dərsləri dahi bəstəkar, musiqişünas, pedaqoq Üzeyir Hacıbəylinin bu il dövlət səviyyəsində qeyd edilən 140 illik yubileyi münasibətilə təşkil olunur. Tar ixtisası üzrə ustad dərsi MEMİM-in sektor müdiri Əməkdar artist, tarzən Neymət Mürsəlov tərəfindən aparılıb. Əvvəlcə Qarabağ Muğam Mərkəzinin direktoru Tural Niftəliyev ustad dərslərinin böyük musiqi xadimi Üzeyir Hacıbəylinin yubileyi münasibətilə təşkil olunmasının əhəmiyyətini vurğulayıb, təşkilatçılara təşəkkürünü bildirib. Tarzən Neymət Mürsəlov deyib ki, ustad dərslərinin məqsədi şagirdlərin müvafiq ixtisasa dair bilik və bacarıqlarının inkişaf etdirilməsi, müəllimlərin peşəkarlığının artırılması və onlara metodiki baxımdan kömək göstərilməsidir. Sonra Ağcabədi şəhər Qarabağ Muğam Mərkəzi və Üzeyir Hacıbəyli adına uşaq incəsənət məktəbinin şagirdləri ifalarını təqdim ediblər.
Məşhur türkiyəli müğənni Mahsun Kırmızıgül Rusiyanın paytaxtı Moskv
ABŞ-nin Nyu-York şəhərində yerləşən "LaGuardia" hava limanınd
İsrailin təhlükəsizlik və analitik məsələləri üzrə ixtisaslaşmış �
Palçıq Vulkanları Turizm Kompleksindəki vulkanlardan biri hər üç dəqiqə
Binəqədi rayonu Sulutəpə qəsəbəsi 328 saylı uşaq bağçasında yüksək
Bakıda qadın evinin qarşısında döyülüb.
Rus dilinin ən uzun sözü 55 hərfdən ibarətdir.
Vəfat edən şəxsin pensiya kapitalının bir hissəsi onun vərəsəsinə öd
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr gələn ilin payız�
2025-2026-cı tədris ilində Ermənistanın üç dövlət məktəbində Azərba
Rusiyanın paytaxtı Moskva şəhərində miqrant iş icazəsi dərəcələri 20
Dövlətə xəyanətdə təqsirləndirilərək, barəsində ev dustaqlığı qə
Kanadanın Baş naziri Mark Karni ABŞ Prezidenti Donald Trampdan üzr istədiyi
ABŞ Prezidenti Donald Tramp Macarıstan Baş naziri Viktor Orbanın şəxsi mü
