Siyasət
2025-08-09 09:07:00
8 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefondanışığı aparılıb.
2025-08-09 05:19:00
Avqustun 8-də Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş" layihəsini parafladılar və Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini (ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə) imzaladılar.
2025-08-09 04:54:00
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstaqram" səhifəsində Prezident İlham Əliyevin Donald Tramp və Nikol Paşinyanla Vaşinqtonda baş tutan görüşü ilə bağlı paylaşım edib.
2025-08-09 04:22:00
Azərbaycan daha güclü mövqelərə malik tranzit ölkəyə çevrilməyə çalışır.
2025-08-09 04:17:00
Azərbaycanla Ermənistan arasında imzalanmış saziş bizim niyyətimizi - sülh istədiyimizi açıq şəkildə nümayiş etdirir.
2025-08-09 03:45:00
Bilirsiniz, son beş ildə müxtəlif ölkələrin liderləri tərəfindən neçə şayiə, neçə təxribatla qarşılaşmışıq. Onlar Azərbaycanın Ermənistana hücum etməyi, ərazinin bu hissəsini zorla ələ keçirməyi planlaşdırdığı barədə şayiələr yayırdılar. Bunun yalan məlumat olduğuna dair bütün bəyanatlarımız nəticə vermədi, çünki belə bir təsəvvür, o cümlədən burada - Vaşinqtonda da yaradılırdı.
2025-08-09 03:27:00
Əminəm ki, "Exxon" və SOCAR arasında əməkdaşlığa dair Anlaşma Memorandumu əhəmiyyətli layihə ilə nəticələnəcək.
2025-08-09 03:23:00
Azərbaycanda heç vaxt etnik və ya dini müxtəlifliyə əsaslanan, nəinki münaqişələr, hətta anlaşılmazlıqlar belə olmayıb.
2025-08-09 03:19:00
Mən avqustun 8-ni bütün region üçün çox müsbət nəticələr verəcək dövlətlərarası münasibətlərimizdə tarixi gün hesab edirəm. Şübhəsiz ki, bu gün Azərbaycan və Ermənistan arasında baş verənlər həm də bütün region, Cənubi Qafqazda sülh, sabitlik və firavanlıq istəyən hər kəs üçün çox əhəmiyyətli olacaq.
2025-08-09 03:18:00
Prezident Tramp sülh və nəzərəçarpacaq nəticələr gətirir. Bu nöqteyi-nəzərdən şəxsi münasibətlərimizi yüksək qiymətləndirirəm.
2025-08-09 03:14:00
Prezident Trampla ilk görüşümüz çox mehriban, səmimi və nəticəyönümlü oldu.
2025-08-09 02:44:00
Şübhə etmirəm ki, Ermənistan konstitusiyası dəyişiləndə, - Ermənistan tərəfi özü bunu bildirir ki, belə dəyişikliklər edilməlidir, - Azərbaycana olan ərazi iddiası oradan çıxarılacaq. Əks təqdirdə, bu, birinci növbədə, Amerika Birləşmiş Ştatlarına hörmətsizlik olacaq.
2025-08-09 02:40:00
Biz bu gün, həqiqətən də təhlükəsizlik, sabitlik, Cənubi Qafqazda sülh, iqtisadi imkanlar, sərmayələr, enerji təhlükəsizliyi və sıra digər mövzular üzrə tarixi bir günə şahidlik edirik.
2025-08-09 02:33:00
Hazırda Azərbaycan təbii qazı NATO-nun 10 üzvünə - ABŞ-ın 10 müttəfiqinə çatdırılır. Bizim qaz tədarükümüz 14 ölkəni əhatə edir.
2025-08-09 02:27:00
Mən, Azərbaycan Prezidenti və bu tarixi hadisənin şahidi Prezident Donald Trampın iştirakı ilə imzaladığımız bugünkü bəyannamə Cənubi Qafqazda sülhün, firavanlığın, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın yeni bir fəslini açdığımıza inam yaradır.
2025-08-09 02:25:00
ABŞ-ın "EXIM Bank"ı (İxrac - İdxal Bankı) ilə resurslara aid layihələrlə bağlı müəyyən maliyyə məsələləri müzakirə olunur. İnfrastruktur, nəqliyyat, həmin o resursların nəqli ilə bağlı bir sıra məsələlər və planlar var.
2025-08-09 02:04:00
Hesab edirəm ki, vaxt itirmək lazım deyil. Bir halda ki, artıq Azərbaycanla Ermənistan sülh sazişini paraflayıb, onun rəsmi imzalanması da çox çəkməməlidir.
2025-08-09 01:51:00
Hesab edirəm ki, artıq ABŞ ilə strateji əməkdaşlıq formatına başlamağımız tarixi hadisədir.
2025-08-09 01:50:00
Biz vaxt itirmək istəmirik, onsuz da əvvəlki administrasiya dövründə - bu dörd ili mən itirilmiş illər kimi qiymətləndirirəm. Əfsuslar olsun ki, Bayden administrasiyası zamanı Amerika-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan əlaqələrinin girovuna çevrilmişdi.
2025-08-09 01:45:00
Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib.
2025-08-09 01:40:00
Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq aydın təsbit edilib.
2025-08-09 01:37:00
ABŞ Azərbaycan və Ermənistan arasında bugünkü tarixi sülh sazişini qeyd edir.
2025-08-09 01:33:00
Mən ABŞ-a səfərin nəticələrindən çox məmnunam.
2025-08-09 01:32:00
Bu, Prezident Trampla mənim birinci görüşümdür və görüş çox səmimi şəkildə keçirildi. Onun Azərbaycanla bağlı bilgiləri məni dərindən təəccübləndirdi.
2025-08-09 01:31:00
907-ci düzəlişin ləğv edilməsi tarixi hadisədir.
2025-08-09 01:27:00
Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasını hazırlamaq üçün İşçi Qrupu yaradılmışdır. Bu sənədin böyük əhəmiyyəti var.
2025-08-09 01:20:00
Prezident Trampla görüşümüz çox səmimi şəkildə, dostluq şəraitində keçdi.
2025-08-09 01:17:00
Bu gün Azərbaycan-Amerika münasibətlərində yeni səhifə açılır.
2025-08-09 01:15:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibə verir.
2025-08-09 01:06:00
Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannaməni imzalayıblar.
2025-08-09 01:04:00
Həqiqətən də tarixi bir gündür və bu, bizim ölkələrimizin arasında və regionumuz üçün uğurdur. Dünya da bundan qazanacaq, çünki bu, sülh içində yaşayan bir region və daha ədalətli bir dünya deməkdir.
2025-08-09 01:02:00
Prezident İlham Əliyev Donald Trampın Nobel mükafatına layiq görülməsi üçün Nikol Paşinyan ilə birgə Nobel komitəsinə müraciət etməyi təklif edib.
