Siyasət
2025-08-27 10:44:00
Azərbaycan qazı Türkiyə ərazisindən Suriyaya təchiz edilir və Qətər hökuməti bunun üçün vəsait ayıraraq öz səxavətini göstərdi.
2025-08-27 10:34:00
Zəngəzur dəhlizi təkcə Şərq-Qərb deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi olacaq.
2025-08-27 10:30:00
Dövlətlərarası münasibətlərimiz (İranla - red.) hökumətlər, prezidentlər, xarici işlər nazirləri arasında qurulur. Buna görə də dırnaqarası müşavirlərin bu yalançı rəvayətlərinə qətiyyən məhəl qoymuruq.
2025-08-27 10:29:00
Zəngəzur dəhlizi sayəsində Ermənistan nəqliyyatdan tranzit haqqı əldə edəcək.
2025-08-27 10:27:00
Prezident Tramp Zəngəzur dəhlizinə öz adını verdikdən sonra əminəm ki, bu layihə çox yaxın zamanda reallaşacaq.
2025-08-27 10:24:00
"Əl-Ərəbiyyə" kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilərin məskunlaşdırılması ilə bağlı rastlaşılan problemlərdən danışıb.
2025-08-27 10:22:00
Güclü xarici müdaxilə olarsa, bəli, bu, razılaşmaları (Vaşinqtonda Azərbaycanla Ermənistan arasında əldə olunan - red.) poza bilər.
2025-08-27 10:20:00
Avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd Ermənistan-Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın baxışına əsaslanır.
2025-08-27 10:01:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib.
2025-08-26 22:13:00
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Heydər Əliyev Fondunun şəhidlərimizin övladları, xüsusi qayğıya ehtiyac duyan uşaqlar üçün təşkil etdiyi şənliklərlə bağlı paylaşım edib.
2025-08-26 20:41:00
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi avqustun 26-da davam etdirilib.
2025-08-26 17:00:00
Nazirlər Kabinetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclası keçirilib.
2025-08-26 16:38:00
Azərbaycan bir tərəfdən Ermənistanla uzunmüddətli sülhün əsasını qoyur, digər tərəfdən isə ABŞ ilə strateji tərəfdaşlığını yeni mərhələyə yüksəldir.
2025-08-26 15:34:00
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun döyüş meydanında qazandığı zəfərlər və Azərbaycanın təşəbbüskarı olduğu sülh Vaşinqtonda, ABŞ Prezidentinin iştirakı və imzası ilə rəsmiləşdirildi.
2025-08-26 13:10:00
8 avqustda imzalanmış Vaşinqton Bəyannaməsi sadəcə növbəti diplomatik addım deyil, region siyasətində sistemli dönüş nöqtəsi oldu. Bu hadisə Cənubi Qafqaz üçün təhlükəsizlik modelinin dəyişdiyini və uzun müddət davam edən qeyri-müəyyənlik vəziyyətindən çıxışı təsdiqlədi. Əgər üç onillik ərzində Ermənistan öz kimliyini və xarici siyasətini Azərbaycanın əleyhinə qarşıdurma ideyası üzərində qururdusa, indi İrəvan bu kursun məhdudiyyətlərini etiraf etməyə məcburdur.
2025-08-26 11:52:00
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin həssas qruplara aid benefisiarları hazırladıqları musiqi nömrəsi ilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanı təbrik edirlər.
2025-08-26 10:30:00
"Öz coğrafi mövqeyinə görə böyük strateji əhəmiyyət kəsb edən Laçın rayonunun 1992-ci il may ayının 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi bütün Azərbaycan xalqı üçün böyük faciə idi. Məhz bu işğaldan sonra Ermənistanla keçmiş qondarma "Dağlıq Qarabağ Muxtar Vilayəti" arasında coğrafi əlaqə yaradıldı və bu vəziyyət daha çox Azərbaycan ərazilərinin zəbt olunmasına zəmin yaratdı".
2025-08-26 01:24:00
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva özünün sosial media hesabında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günü münasibətilə video paylaşıb.
2025-08-25 21:35:00
Zəngəzur dəhlizi Türkiyə, Ermənistan və Azərbaycan arasında bir növ barışıq layihəsidir.
2025-08-25 20:24:00
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 25-də davam etdirilib.
2025-08-25 20:21:00
Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
2025-08-25 18:50:00
Beynəlxalq Qızıl Xaç Komitəsinin Nümayəndəliyi Azərbaycanda fəaliyyətini tezliklə dayandıracaq.
2025-08-25 18:18:00
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.
2025-08-25 18:05:00
Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
2025-08-25 14:39:00
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıblar.
2025-08-25 11:50:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa, Şimali Amerika və xaricdəki ərazilər üzrə dövlət naziri Stiven Doutini qəbul edib.
2025-08-25 11:12:00
Avqustun 25-də Prezident İlham Əliyev 2025-ci ildə Bakıda keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb.
2025-08-25 11:10:00
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin zabit hazırlığı xüsusi proqram səlahiyyəti ləğv edilib.
2025-08-25 11:09:00
Prezident İlham Əliyev Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
2025-08-24 19:14:00
Ukrayna humanitar və digər dəstəyə görə dost Azərbaycana çox minnətdardır.
2025-08-24 11:13:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqillik Günü münasibətilə Ukraynanın Prezidenti Volodimir Zelenskini təbrik edib.
2025-08-24 11:03:00
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

 
																	
                             
																	
                             
																	
                             
																	
                             
																	
                             
																	
                             
																	
                             
																	
                             
																	
                             
																	
                             
																	
                             
																	
                             
																	
                             
																	
                             
																	
                             
																	
                             
																	
                             
																	
                             
																	
                             
																	
                             
																	
                             
																	
                             
																	
                             
																	
                             
																	
                             
																	
                             
																	
                             
																	
                             
																	
                             
																	
                             
																	
                            