Siyasət

İlham Əliyev: Azərbaycanın valyuta ehtiyatları xarici borcumuzdan təxminən 16 dəfə artıqdır

2025-09-25 21:16:00

Bu yaxınlarda iki aparıcı beynəlxalq reytinq agentliyi ("Moody's" və "Fitch") Azərbaycanın reytinqini artırdı.

Prezident: 2030cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin olunacaq

2025-09-25 21:14:00

Azərbaycan, həmçinin Günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir.

İlham Əliyev: Azərbaycan boru kəməri vasitəsilə qaz təmin edən ölkələrin sırasında dünyada birinci yeri tutur

2025-09-25 21:11:00

Hazırda biz 14 ölkəyə təbii qaz ixrac edirik. Bununla Azərbaycan boru kəməri vasitəsilə qaz təmin edən ölkələrin sırasında dünyada birinci yeri tutur.

Prezident: Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayırıq

2025-09-25 21:09:00

Enerji təhlükəsizliyi sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəlidir. Azərbaycan bu məqsədlərin qlobal səviyyədə irəlilədilməsində fəal rol oynamaqda davam edir.

Prezident: Dünya bu gün və yaxın gələcəkdə mədən yanacaqları olmadan yaşaya bilməz

2025-09-25 21:07:00

Yaşıl keçidə ciddi şəkildə sadiq qalmaqla yanaşı, qarşımıza real olmayan hədəflər qoymamalıyıq.

Prezident: Azərbaycanın qarşısında duran ən böyük humanitar problemlərdən biri də minaların yaratdığı təhlükədir

2025-09-25 21:05:00

Postmünaqişə dövründə Azərbaycanın qarşısında duran ən böyük humanitar problemlərdən biri də Ermənistan işğalı dövründə yerləşdirilmiş minaların yaratdığı təhlükədir.

Prezident: Azad edilmiş torpaqlarda artıq 50 mindən çox insan yaşayır, işləyir və təhsil alır

2025-09-25 21:03:00

Ermənistan işğal dövründə yüzlərlə şəhər və kəndimizi yerlə-yeksan etdi, 65 məscidi məqsədli şəkildə dağıtdı. Hərbi cinayətkarlar tərəfindən 30 ilə yaxın müddətdə idarə olunan Ermənistanın siyasəti bu idi.

İlham Əliyev Trampa təşəkkür edib

2025-09-25 21:01:00

Ümumilikdə avqust ayında ABŞ-a səfərim zamanı əldə edilmiş razılaşmalar tarixi əhəmiyyət daşıyır.

İlham Əliyev: ABŞ Konqresinin 907ci düzəlişi birdəfəlik ləğv etməsi etimad və əməkdaşlığı möhkəmləndirərdi

2025-09-25 20:58:00

Prezident Trampın 1992-ci ildə Azadlığa Dəstək Aktına 907-ci düzəliş şəklində Azərbaycana qarşı tətbiq olunmuş sanksiyaların icrasını dayandırması qərarı da tarixi addımdır.

Prezident: Vaşinqton Sammiti AzərbaycanABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir

2025-09-25 20:56:00

Vaşinqton Sammiti, həmçinin Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir.

Prezident: Regional bağlantılar davamlı sülh istiqamətində baxışlarımızın əsasını təşkil edir

2025-09-25 20:54:00

Regional bağlantılar davamlı sülh istiqamətində baxışlarımızın əsasını təşkil edir.

İlham Əliyev: Ermənistanla danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına görə müsbət nəticələr verdi

2025-09-25 20:53:00

Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı Ermənistanla sülh danışıqları ilə bağlı fikirlərini bölüşüb.

Prezident: Azərbaycan Zəfər müharibəsindən dərhal sonra Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi

2025-09-25 20:51:00

2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü.

Prezident: ATƏTin Minsk qrupu öz missiyasını yerinə yetirə bilmədi

2025-09-25 20:49:00

1992-ci ildə münaqişənin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupu öz missiyasını yerinə yetirə bilmədi.

İlham Əliyev BMT kürsüsündən Azərbaycanın Qələbəyə və sülhə aparan uzun yolundan danışır

2025-09-25 20:48:00

Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, qurtuluş müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam.

İlham Əliyev BMT Baş Assambleyasının 80ci sessiyasında çıxış edir

2025-09-25 20:46:00

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edir. Xəbər yenilənəcək Son.az 

İlham Əliyev Antonio Quterreş ilə görüşüb

2025-09-25 18:44:00

Sentyabrın 25-də BMT-nin mənzil-qərargahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş ilə görüşüb.

NyuYorkdan qlobal mesaj: Azərbaycan sülhün və enerji təhlükəsizliyinin yeni ünvanıdır

2025-09-25 17:47:00

Prezident İlham Əliyevin son Amerika Birləşmiş Ştatlarına səfəri Azərbaycanın beynəlxalq siyasətdə artan nüfuzunun və qlobal gündəmdə strateji aktora çevrilməsinin növbəti göstəricisi oldu. Səfər çərçivəsində keçirilmiş çoxsaylı yüksək səviyyəli görüşlər, xüsusilə də qarşı tərəfin təşəbbüsü ilə baş tutması, Azərbaycanla əməkdaşlıq istəyinin artdığını və ölkəmizə olan marağın gücləndiyini açıq şəkildə nümayiş etdirdi. Bu görüşlər təkcə diplomatik formalılıqdan ibarət deyildi. Əksinə, hər biri Azərbaycanın regional sabitlikdə rolu, sülh təşəbbüsləri, enerji təhlükəsizliyi və qlobal tərəfdaşlıq potensialı kontekstində əhəmiyyət kəsb edirdi.

ADA Universitetində 1ci AzərbaycanBirləşmiş Krallıq Siyasət Dialoquna başlanılıb

2025-09-25 17:21:00

Sentyabrın 25-də ADA Universitetində İnkişaf və Diplomatiya İnstitutunun (Institute for Development and Diplomacy - IDD) təşkilatçılığı ilə Birinci Azərbaycan-Birləşmiş Krallıq Siyasət Dialoqunun açılış mərasimi baş tutub.

Prezident bir sıra hərbi qulluqçuları təltif etdi

2025-09-25 15:50:00

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları "Hərbi xidmətlərə görə" medalı ilə təltif ediliblər.

Məhkəmədə Ermənistan müdafiə nazirinin sabiq müavininin azərbaycanlılara qarşı törədilən cinayətlərlə bağlı etirafları nümayiş etdirilib

2025-09-25 15:25:00

Sentyabrın 25-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi Ermənistanın müdafiə nazirinin sabiq müavini Manvel Qriqoryanın mətbuata müsahibəsinin sübut kimi tədqiq olunması ilə davam etdirilib.

BMTdə islahatlar olmalıdır: necə və hansı vasitə ilə?

2025-09-25 14:40:00

Dünya siyasəti absurd teatrı xatırladır - burada faciə ilə komediya bir səhnədə oynanır, baş rejissor Tarixisə amansız hökmünü verir. Bu gün öndəki əsas müttəhim Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasıdır. Onun "məhkəmə"si rutin hüquqi prosedur deyil, Qarabağın döyüş meydanlarında, Qəzzanın xarabalıqlarında və aclıqdan əzab çəkən afrikalıların məhzur baxışlarındakı dramdır. Bu məhkəmədə ittiham tərəfinin əsas şahidi isə Azərbaycan oldu - ağrı və qürurla nəfəs alan tarixi ilə BMT-nin öz solmaqda olan simasını gördüyü canlı aynası.

Deputat: Azərbaycan xüsusi diqqətlə yanaşdığı ekoloji problemlərin həlli bütün dünya üçün vacibdir

2025-09-25 14:30:00

Ekoloji problemlərin həlli bütün dünya üçün eyni dərəcədə vacibdir və Azərbaycan bu sahəyə xüsusi diqqət edir. Biz azad edilmiş əraziləri yaşıl enerji zonası elan etdik, hazırda Qarabağda və Şərqi Zəngəzurda Günəş, su elektrik stansiyalarının tikintisi üzrə layihələr icra edilir.

Sevinc Fətəliyeva: "Böyük Britaniya hər zaman Azərbaycanın Avropadakı ən mühüm tərəfdaşlarından biri olub"

2025-09-25 14:00:00

"Bugünkü müzakirələr Azərbaycanla Böyük Britaniya arasında etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edəcək. Bu, eyni zamanda, dünyanın sürətli transformasiyalar və mürəkkəb çağırışlarla üz-üzə qaldığı bir vaxtda, regional və qlobal təhlükəsizliklə bağlı yeni yanaşmaların formalaşmasına da mühüm töhfədir".

2 faiz dəstək, 98 faiz nifrət: Rolexdən küçələrdəki qan izlərinədək

2025-09-25 12:19:00

Limadakı məhkəmə zalında sanki hökm yox, kağız üzərindəki sıravi prosedur elan olunurdu - belə bir səssizlik hökm sürürdü. 2025-ci il sentyabrın 4-də Peru Respublikasının keçmiş prezidenti, vaxtilə korrupsiyaya qarşı çıxışı ilə "müasir Solon" adlandırılan Alejandro Toledo 18 il həbs cəzasına məhkum edildi. Günahı - Braziliyanın tikinti nəhəngi Odebrecht-dən milyonlarla dollar rüşvət almaq. Amma qəribədir: bu hadisə ölkədə nə mitinqlərə, nə küçə partlayışlarına səbəb oldu. Peru ictimaiyyəti bunu qaçılmaz sonluq kimi qarşıladı. Toledo XXI əsrin əvvəlindən bəri hakimiyyətdə olmuş 11 prezidentdən artıq beşincisidir ki, ya zindana düşüb, ya da ağır cinayət təqibinə məruz qalıb. Peru artıq lider "istehsal etmir", sadəcə növbəti "məhbus namizədləri" yetişdirir.

Azərbaycan və Ermənistan XİN rəhbərləri ABŞdə şam yeməyində

2025-09-25 11:03:00

Azərbaycan və Ermənistan xarici işlər nazirləri ABŞ dövlət katibi Marko Rubio tərəfindən təşkil olunmuş Transatlantik şam yeməyində iştirak ediblər.

Nəsimi Bağları Kompleksində “Nəsimi dastanı” baletinin təqdimatı olub FOTO

2025-09-25 08:14:01

Sentyabrın 24-də Şamaxıdakı Nəsimi Bağları Kompleksində davam edən 3-cü Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalında bədii proqram və "Nəsimi dastanı" baletinin yeni quruluşda təqdimatı olub.

İlham Əliyev NyuYorkda Bayo Oqunlesi ilə görüşüb

2025-09-24 23:17:00

Sentyabrın 24-də Nyu-Yorkda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qlobal infrastruktur investisiya idarəetmə şirkəti "Global Infrastructure Partners"in təsisçisi, sədri və baş icraçı direktoru Bayo Oqunlesi ilə görüşü olub.

İlham Əliyev Cenni Conson ilə görüşüb

2025-09-24 22:54:00

Sentyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nyu-Yorkda dünyanın ən iri və nüfuzlu qlobal investisiya menecerlərindən biri olan "Franklin Templeton" şirkətinin baş icraçı direktoru və prezidenti Cenni Conson ilə görüşüb.

Pezeşkian: İran Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləyir

2025-09-24 21:47:00

İran Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləyir.

Ermənistan Azərbaycan münasibətləri sabitlik və əməkdaşlıq üçün yeni səhifə ola bilər Binəli Yıldırım

2025-09-24 21:44:00

Ötən il Azərbaycanda, Bakıda keçirilən COP29 daha bir parlaq nümunədir.

İlham Əliyev NyuYorkda Maykl Aruqeti ilə görüşüb

2025-09-24 20:06:00

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Nyu-Yorkda "Ares Management" qlobal investisiya şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Maykl Aruqeti ilə görüşüb. Xəbər yenilənəcək Son.az