Qriqorçuk: “Qrupdan çıxmaq üçün bizə qələbə lazımdır”


İdman 19 Okt 2016 23:12:00 54 0

Qriqorçuk: “Qrupdan çıxmaq üçün bizə qələbə lazımdır”

“Bugünkü məşqimizin oyunun keçiriləcəyi stadionda baş tutmamasını problem hesab etmirik. Bu qərarı verənlər futbol naminə bu addımı atıblar ki, meydan sabahkı qarşılaşma zamanı yaxşı vəziyyətdə olsun. Əlbəttə, istəyərdik ki, hazırlığımız həmin arenada...

“Bugünkü məşqimizin oyunun keçiriləcəyi stadionda baş tutmamasını problem hesab etmirik. Bu qərarı verənlər futbol naminə bu addımı atıblar ki, meydan sabahkı qarşılaşma zamanı yaxşı vəziyyətdə olsun. Əlbəttə, istəyərdik ki, hazırlığımız həmin arenada baş tutsun”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk “Sent-Etyen”lə oyunöncəsi mətbuat konfransında deyib.

Ukraynalı mütəxəssis qrupdan çıxmaq üçün “Sent Etyen”i məğlub etməli olduqlarını bildirib: “Biz də vəziyyəti olduğu kimi, anlayışla qəbul edirik. Çox yaxşı başa düşürük ki, strateji cəhətdən qrupdan çıxmaq üçün bizə qələbə qazanmaq lazımdır. Təkcə sabahkı qarşılaşmada deyil, keçirəcəyimiz növbəti matçların hamısında bunu etməliyik. Lakin bu haqda çox düşünmək istəmirik. Mən futbol oynamağımızı istəyirəm. Mənim yanaşmam nəticə gətirir. Sabah istənilən yolla, ciddi şəkildə üslubumuzu, baxışımızı dəyişməklə nəyə isə nail olmağa əl atmayacağıq”.

Qriqorçuk heyətdəki itkilərdən də söz açıb: “Sabahkı matça itkilərlə çıxacağıq. Bu haqda çox danışılıb. Amma məsələyə maraqla yanaşmaq lazımdır. Az şans qazanan futbolçuların belə güclü rəqiblə görüşdə neçə təsir bağışlayacağı maraqlıdır. Komandamızın yarısı olmadan oynayacağımıza çox fikir vermək istəmirik. Buna problem kimi deyil, təbəssümlə yanaşıram. İstəyərdim ki, Baqali Dabo, Nika Kvekveskiri, Rəşad Sadiqov, Elvin Camalov da hazır olsunlar. Onlar meydana çıxsaydı belə, bizim üçün “Sent-Etyen” kimi güclü komandaya qarşı oynamaq asan olmazdı. Onların yoxluğunda oyunumuzun necə alınacağını baxacağıq. Sadiqovun yoxluğunda kapitanın kim olacağını müəyyənləşdirməmişik. Bezotosnı sarğının ona mane olduğunu əsas gətirərək, bunu istəmir. “Sent-Etyen” haqda müsbət fikirdəyəm. Bu komanda çox yaxşı heyətə malikdir. Komplektləşmiş rəqibimiz üçün bir neçə oyunçunun yoxluğunu hiss etdirməmək çətin olmayacaq. “Sent-Etyen”in tərkibində çox sürətli futbolçular var ki, onları zərərsizləşdirmək heç də asan deyil. Rəqibin bəzi oyunçularının iştirak etməyəcəyi haqda məlumatım var. Heç kimə, rəqibimizə də arzulamıram ki, zədə üzündən futbolçusunu itirsin”.

loading...
Ronaldinyo Bakıya gəlib like
  • 19 Okt 23:06  
Digərləri Ronaldinyo Bakıya gəlib

Məşhur braziliyalı futbolçu Ronaldinyo Bakıya gəlib.

arrow Ətraflı
Ulduzlar filmə çəkilir - FOTO like
  • 19 Okt 23:05  
Digərləri Ulduzlar filmə çəkilir - FOTO

Rejissor Vudi Allen yeni film çəkir.

arrow Ətraflı
“Qəbələ” “Dinamo”ya uduzdu like
  • 19 Okt 23:00  
İdman “Qəbələ” “Dinamo”ya uduzdu

Bu gün UEFA Gənclər Liqasının Çempionlar yolunda I mərhələnin cavab oyu

arrow Ətraflı
"Yoldaşım da, mən də çalışmalıyıq" - Sevda like
  • 19 Okt 22:58  
Şou-biznes "Yoldaşım da, mən də çalışmalıyıq" - Sevda

"Toya çox üstünlük vermirdim, az gedirdim. Amma bundan sonra çox gedə

arrow Ətraflı
Braziliya parlamentinin keçmiş spikeri həbs edilib like
  • 19 Okt 22:57  
Dünya Braziliya parlamentinin keçmiş spikeri həbs edilib

O, korrupsiya işinə görə cinayət məsuliyyətinə cəlb olunub

arrow Ətraflı
Pentaqon: İŞİD Mosul sakinlərindən canlı sipər kimi istifadə edə bilər like
  • 19 Okt 22:54  
Dünya Pentaqon: İŞİD Mosul sakinlərindən canlı sipər kimi istifadə edə bilər

Pentaqon İŞİD-in İraqın Mosul şəhərində mülki sakinlərdən canlı

arrow Ətraflı
Nişanlı qız toyuna kimi 50 kiloqram arıqladı - FOTO like
  • 19 Okt 22:44  
Digərləri Nişanlı qız toyuna kimi 50 kiloqram arıqladı - FOTO

24 yaşlı Heyli Smit etdiyi hərəkətlə dünya mediasının diqqətini çəki

arrow Ətraflı
Balakəndə ər arvadını döyərək öldürdü like
  • 19 Okt 22:38  
Digərləri Balakəndə ər arvadını döyərək öldürdü

Zeynal Çobanov həyat yoldaşını sərxoş vəziyyətdə döyd&

arrow Ətraflı
Balakəndə ər arvadını döyərək öldürdü like
  • 19 Okt 22:38  
Digərləri Balakəndə ər arvadını döyərək öldürdü

Zeynal Çobanov həyat yoldaşını sərxoş vəziyyətdə döyd&

arrow Ətraflı
Tanınmış aparıcının İbiza tətili - FOTO like
  • 19 Okt 22:38  
Digərləri Tanınmış aparıcının İbiza tətili - FOTO

Britaniyanın tanınmış aparıcısı Lauren PopeI tətilə çıxıb. 

arrow Ətraflı
Balakəndə ər arvadını döyərək öldürdü like
  • 19 Okt 22:38  
Digərləri Balakəndə ər arvadını döyərək öldürdü

Zeynal Çobanov həyat yoldaşını sərxoş vəziyyətdə döyd&

arrow Ətraflı
Ronaldinyo  Bakıda! EKSKLÜZİV, FOTO like
  • 19 Okt 22:36  
İdman Ronaldinyo Bakıda! EKSKLÜZİV, FOTO

Məşhur braziliyalı ulduz Ronaldinyo Bakıya gəlib. Futbolxeber.az saytının

arrow Ətraflı
Tarixin ən böyük sirlərini özləri ilə məzara aparan DAHİLƏR - FOTO like
  • 19 Okt 22:28  
Digərləri Tarixin ən böyük sirlərini özləri ilə məzara aparan DAHİLƏR - FOTO

Həyatda hər kəsin öz sirri var. Lakin Yer üzündə elə insanlar da var ki,

arrow Ətraflı