Balakəndə ər arvadını döyərək öldürdü


Digərləri 19 Okt 2016 22:38:00 76 0

Balakəndə ər arvadını döyərək öldürdü

Zeynal Çobanov həyat yoldaşını sərxoş vəziyyətdə döydüyünü etiraf edib Balakən rayonunda törədilmiş qətllə bağlı cinayət işinin istintaqı davam etdirilir.

ARB TV xəbər verir ki, əri tərəfindən qətlə yetirilmiş Kainat Çobanovanın baldızı Əşayə Somarova onların ailəsində problemlərin olduğunu təsdiq edib.

Hadisə barədə danışan Ə.Somarova deyib: “Mən evdə olmamışam. Söz-söhbət hamımızın arasında da olurdu. Elə bir şeylər olmuşdu. Ən çox istədiyimiz gəlinimiz idi. Sakit, yaxşı xasiyyətli biri idi. Heç vaxt xətrimizə dəymirdi”.

Hadisəni tərədən Zeynal Çobanov həbs edilib. Faktla bağlı Balakən rayon prokurorluğunda cinayət işi başlayıb, istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, Balakəndə 52 yaşlı qadın əri tərəfindən döyülərək qətlə yetirilib. Hadisə rayonun Poçtbinə kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü, Kainat Zeynəddin qızı Çobanovanın üzərində döyülməyə xarakterik xəsarətləri olan meyiti Balakən Rayon Mərkəzi Xəstəxanasının morquna daxil olub.

Balakən rayon Polis Şöbəsi və rayon prokurorluğunun əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kainat Çobanovanın əri, 1970-ci il təvəllüdlü Zeynal Ramazan oğlu Çobanov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib. Zeynal Çobanov ifadəsində həyat yoldaşını sərxoş vəziyyətdə döydüyünü etiraf edib. Həyata keçirilən tədbirlər nəticəsində Zeynal Çobanov şübhəli şəxs qismində saxlanılıb.

Əlavə edək ki, onların 5 övladı var.

loading...
Ronaldinyo  Bakıda! EKSKLÜZİV, FOTO like
  • 19 Okt 22:36  
İdman Ronaldinyo Bakıda! EKSKLÜZİV, FOTO

Məşhur braziliyalı ulduz Ronaldinyo Bakıya gəlib. Futbolxeber.az saytının

arrow Ətraflı
Tarixin ən böyük sirlərini özləri ilə məzara aparan DAHİLƏR - FOTO like
  • 19 Okt 22:28  
Digərləri Tarixin ən böyük sirlərini özləri ilə məzara aparan DAHİLƏR - FOTO

Həyatda hər kəsin öz sirri var. Lakin Yer üzündə elə insanlar da var ki,

arrow Ətraflı
Ağsu çayının səviyyəsi qalxıb like
  • 19 Okt 22:22  
Digərləri Ağsu çayının səviyyəsi qalxıb

Son günlər yağan güclü yağışlar nəticəsində Ağsu ç

arrow Ətraflı
8 otaqlı ev yanıb like
  • 19 Okt 22:19  
Digərləri 8 otaqlı ev yanıb

Biləsuvar rayonu, İsmətli kəndində vətəndaşa məxsus ümumi sahəsi 252

arrow Ətraflı
Azərbaycanda sərnişin avtobusu yanıb like
  • 19 Okt 22:14  
Digərləri Azərbaycanda sərnişin avtobusu yanıb

Ağsu şəhərində vətəndaşa məxsus "Mercedes" markalı sərnişi

arrow Ətraflı
Yol polisini robotlar əvəzləyəcək - VİDEO like
  • 19 Okt 22:08  
Digərləri Yol polisini robotlar əvəzləyəcək - VİDEO

Dubayda hüquq-mühafizə orqanlarının start verdiyi layihə hamının marağ

arrow Ətraflı
Bağdadda partlayış törədildi like
  • 19 Okt 22:08  
Dünya Bağdadda partlayış törədildi

İraqın paytaxtı Bağdadda ektremistlər tərəfindən quraşdırılmış iki

arrow Ətraflı
"Normand dördlüyü"nün görüşü keçirilir like
  • 19 Okt 21:58  
Dünya "Normand dördlüyü"nün görüşü keçirilir

Almaniyanın paytaxtı Berlində Ukrayna üzrə "Normand dördlüyü"

arrow Ətraflı
Avtovağzaldan bölgələrə gedən sərnişinlər niyə biletsiz yola salınır? - VİDEO like
  • 19 Okt 21:54  
Digərləri Avtovağzaldan bölgələrə gedən sərnişinlər niyə biletsiz yola salınır? - VİDEO

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin bölgələrə üz tutan sərnişinlə

arrow Ətraflı
Məktəbdə Üzeyirin mahnısını oxuyan şagird cəzalandırılıb - VİDEO like
  • 19 Okt 21:48  
Digərləri Məktəbdə Üzeyirin mahnısını oxuyan şagird cəzalandırılıb - VİDEO

Orta məktəblərin birində müəllim şagirdin gündəliyinə qəribə qeyd ya

arrow Ətraflı