Tarixin ən böyük sirlərini özləri ilə məzara aparan DAHİLƏR - FOTO


Digərləri 19 Okt 2016 22:28:00 60 0

Tarixin ən böyük sirlərini özləri ilə məzara aparan DAHİLƏR - FOTO

Həyatda hər kəsin öz sirri var. Lakin Yer üzündə elə insanlar da var ki, onlar bütün bəşəriyyətin sirlərini və ya zəruri olan müəmmaları bilirlər.

Son.az bildirir ki, publika.az-ın barəsində bəhs etdiyi insanlar məhz belələridir. Amma təəssüf ki, onlar sirlərini özlərilə axirət dünyasına aparıblar. Həmin şəxslərin bir neçəsi barədə maraqlı faktları təqdim edirik:

Arne Byorlinq və məxfi T52 kodu

Almaniya faşistlərinin istifadə etdikləri şifrəli, bədnam, amma keyfiyyətləri ilə çox gözəl "Enigma" maşını İkinci Dünya Müharibəsində məxfi yazışmalar, məxfi xəbərlər üçün istifadə olunurdu. Aparat T52 və ya "Geheimschreiber" (mənası gizli katib deməkdir) adlanırdı. Almaniyanın düşmənləri hər vəchlə onun sirrini açmağa çalışır, məxfi yazışmaları əldə etməyə can atırdılar. Onun şifrəsini açmaq yalnız bir nəfərə - Arne Byorlinqə nəsib oldu. Belə ki, İsveç 1940-cı ildə iki - qərbdə Adolf Hitler, şərqdə isə SSRİ arasında qalmışdı. Belə çətin siyasi vəziyyətdə ölkəyə baş verə biləcək hadisələrdən xəbərdar olmaq lazım idi ki, bu da kəşfiyyatın hesabına həyata keçirilirdi. Əvvəllər T52-nin köməyi ilə yerinə yetirilmiş bütün xəbərlərin şifrini açmağı qeyri-mümkün hesab edilirdilər. Lakin riyaziyyat professoru Arne Byorlinq gizli kodu açmağa müvəffəq oldu. O, nəinki şifrələrin sirrini açmağı öyrəndi, həmçinin T52-nin kodunu da açdı. Həmin vaxtdan İsveç faktiki olaraq nasistlərin tam məxfi xəbərlərinə giriş əldə etdi. Bir professorun köməyi ilə nasistlərin yazışmalarını öyrənən İsveç Hitlerin SSRİ-yə planlarından birinci xəbər tutan ölkə oldu. Byorlinqdən kodun sirrini necə açdığını soruşduqda "Fokusçu heç vaxt özünün sirrini açmır", - cavabını verib. 1986-cı ildə Arne dünyasını dəyişdi. Lakin bu sirrini heç kimə vermədi. Bundan sonra heç bir şifrəçi T52-nin kodunu aça bilmədi.

Moris Uordun plastik kütlənin düsturu

Ötən əsrin 80-ci illərinin ortalarında ingilis ixtiraçısı Moris Uord 10,000 dərəcə istiliyə və zərbəyə davamlı plastik kütlə ixtira etdi. Onun gücü Xirosimaya atılmış atom bombasının gücündən 75 dəfə çox idi. İxtiraçı onu "Starlite" adlandırdı və satmağa qərar verdi. Şübhəsiz, NASA yüngül və möhkəmliyi ilə seçilən "Starlite"la dərhal maraqlandı. Çünki bu, kosmik uçuşlarda və kosmik tikintilərdə inqilab idi. İxtirasına görə heç bir mükafat almayan Moris Uord yüksək möhkəmliyə malik materialın sirrini açmadan 2011-ci ildə dünyadan köçdü. O, yalnız bunu demişdi: "Bu materialın hazırlanma formulu özündə 20 polimeri, sopolimeri və məhdud sayda keramikanı birləşdirir".

Nikola Tesla və yarımçıq qalmış simsiz elektrik layihəsi

Hazırda paytaxt Bakıda da heykəli olan Nikola Tesla hələ sağlığında bütün dünyada dahi fizik kimi tanınmışdı.

Lakin elmdəki çoxsaylı ixtiraları ilə şöhrətlənməsinə baxmayaraq, o özü Yer kürəsinin çox güman ən genişmiqyaslı - pulsuz simsiz elektrik layihəsini həyata keçirməyə nail olmadı. İdeyanın mahiyyəti onun Vordenklif adlandırdığı (Bu, Tesla qalası kimi məşhurdur) yüksək qalanın tikintisindən, Yer kürəsinin ionosferdən istifadə etməklə planetimizin istənilən yerində simsiz elektrik keçiricisindən istifadəni reallaşdırırdı. 1905-ci ildə Tesla bu layihəni reallaşdırmaqdan ötrü eksperimentə başladı. Lakin ABŞ-dakı böhran layihənin dayandırılması ilə nəticələndi. 1943-cü ildə dünyasını dəyişən alim simsiz elektrik layihəsinin sirlərini də özü ilə məzara apardı.

Əbədi mühərriki ixtira edən Yoqan Bessler

Alman ixtiraçısı Yoqan Bessleri də bu siyahıya aid etmək olar. O, əbədi mühərrik ixtira etdiyini bildirib. Beş il ərzində bir neçə eksperiment keçirən mütəxəssis elmi elitanın diqqətini özünün yeni kəşfinə cəlb edə bildi. Yeni ixtira diametri 2 metr olan təkərin bir neçə kiloqramlıq yükü çəkməsindən ibarət idi. Onun rəsmi sınağı ilə bağlı məlumatda qurğunun 54 gün müdaxiləsiz işlədiyi vurğulanır. Eksperimentdə iştirak edənlər arasında alimlər, filosoflar vardı. Lakin onlardan heç biri yeni qurğunun iş xüsusiyyətini başa düşmədilər. Birinci Pyotr ixtiraya böyük marağı göstərirdi. O, Leydensk universitetinin riyaziyyat və astronomiya professoru Vilhelm Qravezandadan "əbədi mühərrik"in alınmasından əvvəl məsləhətləşməyi xahiş etdi.

Yoqan Bessler əbədi mühərrikin yaradılması sirlərinin oğurlanacağını düşünərək öz kəşfini məhv etdi. Alim öldükdən sonra bu kəşfi təkrarlayan ikinci şəxs olmadı. Qeyd edək ki, alimlər müasir dövrdə də Besslerin ixtirasını təkrarlamağa çalışırlar. Ancaq göründüyü kimi buna hələ heç kim nail ola bilməyib.

Edvard Lidskalnin və daş qayaların yerdəyişməsi

ABŞ-a köçmüş latviyalı emiqrant Edvard Lidskalnin Floridada "Mərcan qalası" inşa etmişdi. İxtiraçının boyu 1,6 metr, çəkisi 50 kiloqram idi. Lakin təkbaşına 30 tonluq qaya daşlarını daşıya bilirdi. Özü də o, təkbaşına işləyirdi. İki yeniyetmə iddia edir ki, böyük daşların havada buğa verildiyini gözləri ilə görüblər. Digərləri isə böyük daş konstruksiyalarını qaldırmaq üçün taxta altlıqdan və bir neçə ipdən ibarət hansısa avadanlığı gördüklərini təsdiq edirlər. İxtiraçı bundan ötrü hansısa qara, özünün "sabitləçdirici əbədi mühərrik" adlandırdığı yeşikdən istifadə edirdi. 1951-ci ildə ölümündən sonra onun "Mərcan qalası" görməli yerlərdən birinə çevrildi. Bir çox turist indiyə qədər ona baxmağa gəlir. Maraqlı məqam bundan ibarətdir ki, 1986-cı ildə sıradan çıxmış "karusel qapı"nı indiyə kimi heç bir alim düzəldə bilməyib. Lidskalnin özü isə bunun sirrini Misir piramidalarında gizlətdiyini təsdiq etdi. Təəssüf ki, o, bu sirri insanlara açıqlamaq istəmədi.

loading...

Xəbərə aid fotolar

Ağsu çayının səviyyəsi qalxıb like
  • 19 Okt 22:22  
Digərləri Ağsu çayının səviyyəsi qalxıb

Son günlər yağan güclü yağışlar nəticəsində Ağsu ç

arrow Ətraflı
8 otaqlı ev yanıb like
  • 19 Okt 22:19  
Digərləri 8 otaqlı ev yanıb

Biləsuvar rayonu, İsmətli kəndində vətəndaşa məxsus ümumi sahəsi 252

arrow Ətraflı
Azərbaycanda sərnişin avtobusu yanıb like
  • 19 Okt 22:14  
Digərləri Azərbaycanda sərnişin avtobusu yanıb

Ağsu şəhərində vətəndaşa məxsus "Mercedes" markalı sərnişi

arrow Ətraflı
Yol polisini robotlar əvəzləyəcək - VİDEO like
  • 19 Okt 22:08  
Digərləri Yol polisini robotlar əvəzləyəcək - VİDEO

Dubayda hüquq-mühafizə orqanlarının start verdiyi layihə hamının marağ

arrow Ətraflı
Bağdadda partlayış törədildi like
  • 19 Okt 22:08  
Dünya Bağdadda partlayış törədildi

İraqın paytaxtı Bağdadda ektremistlər tərəfindən quraşdırılmış iki

arrow Ətraflı
"Normand dördlüyü"nün görüşü keçirilir like
  • 19 Okt 21:58  
Dünya "Normand dördlüyü"nün görüşü keçirilir

Almaniyanın paytaxtı Berlində Ukrayna üzrə "Normand dördlüyü"

arrow Ətraflı
Avtovağzaldan bölgələrə gedən sərnişinlər niyə biletsiz yola salınır? - VİDEO like
  • 19 Okt 21:54  
Digərləri Avtovağzaldan bölgələrə gedən sərnişinlər niyə biletsiz yola salınır? - VİDEO

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin bölgələrə üz tutan sərnişinlə

arrow Ətraflı
Məktəbdə Üzeyirin mahnısını oxuyan şagird cəzalandırılıb - VİDEO like
  • 19 Okt 21:48  
Digərləri Məktəbdə Üzeyirin mahnısını oxuyan şagird cəzalandırılıb - VİDEO

Orta məktəblərin birində müəllim şagirdin gündəliyinə qəribə qeyd ya

arrow Ətraflı
Balakən sakini su ilə işləyən ekskavator düzəldib - VİDEO like
  • 19 Okt 21:43  
Digərləri Balakən sakini su ilə işləyən ekskavator düzəldib - VİDEO

Balakəndə bir gənc qeyri-adi bacarığı ilə tanınır. Onun çoxlu əl işl

arrow Ətraflı
Sizin o qaqaşlardan fərqiniz nədir, cənablar? like
  • 19 Okt 21:38  
Digərləri Sizin o qaqaşlardan fərqiniz nədir, cənablar?

Hərdən fikirləşirəm ki, ölkəmizdə adamlar ondan ötrü oxuyublar, alim,

arrow Ətraflı
Pentaqon: İŞİD Mosulda mülki sakinlərdən canlı sipər kimi istifadə edə bilər like
  • 19 Okt 21:38  
Dünya Pentaqon: İŞİD Mosulda mülki sakinlərdən canlı sipər kimi istifadə edə bilər

Terrorçular şəhərdə əməliyyatların başlandığı gündən sakinlərə M

arrow Ətraflı
Berlində “Normand dördlüyü” liderlərinin görüşü keçirilir like
  • 19 Okt 21:33  
Dünya Berlində “Normand dördlüyü” liderlərinin görüşü keçirilir

Almaniyanın paytaxtı Berlində Ukrayna üzrə “Normand dördl&uu

arrow Ətraflı