Sizin o qaqaşlardan fərqiniz nədir, cənablar?


Digərləri 19 Okt 2016 21:38:00 67 0

Sizin o qaqaşlardan fərqiniz nədir, cənablar?

Hərdən fikirləşirəm ki, ölkəmizdə adamlar ondan ötrü oxuyublar, alim, psixoloq, müəllim, yazıçı olublar ki, çıxıb televiziyada adamlara namus-qeyrət dərsi keçsinlər. Çünki beşcə dəqiqə televizora baxmaq kifayət eləyir, görəsən ki, hansısa kostyumlu-qalstuklu bir kişi oturub ciddi-ciddi qısa ətəklə insan əxlaqının bilavasitə bağlı olduğundan danışır. Ay canım-gözüm, bunu gününün 8 saatını çayxanada keçirən, domino çırpan, nərd atan qaqaşlar da deyir də... Bəs siz nədən ötrüsünüz, niyə o boyda məktəb, universitet, cild-cild kitablar oxumusunuz? Əgər oxumusunuzsa...

Bir dəfə yaşı 50-ni ötmüş bir yazar efirdə müğənninin dekolteli geyiminə görə davaya çıxdı. Dedi siz fahişəsiniz, əxlaqsızsınız. Qızardı, bozardı, haytalandı...  Dedi bəs sən bilirsən mən kiməm, şairəm, yazaram, redaktoram, aliməm.

Buuuu boooyda alim, yazar, redaktor başa düşmürdü ki, onu efirə məhz bunun üçün, ələ salmaq, dolamaq üçün çıxarıblar. Onun əxlaq moizəsi heç kimə lazım deyildi. Verilişi hazırlayanlar onun bu qızarması, bozarması, özündən çıxmasıyla yaxşıca reytinq qazandılar, vəssalam. Bir həftə mətbuatda bunun müzakirəsi də getdi.

Yaxşı, ay hörmətli redaktor, əgər siz belə əxlaq keşikçisisinizsə, niyə onu müğənninin sinəsində axtarırsınız? Niyə sosial şəbəkələrə qoşulan kimi qız-gəlinə gündə 32 dəfə "Salam, necəsən?" yazırsınız? Vallah, bunu da o qaqaşlar edə bilir. Siz nədən ötrüsünüz ey, siz?

Yaxud üç gündən bir alimlərimizdən biri çıxıb yekə-yekə danışır ki, bəs filan şeyi eləmək günahdı, batildi. Dünyada hansı elmi ixtiralar baş verir, laboratoriyalar açılır, az qala ölümə də çarə tapırlar, bizimkilər də duadan-cadudan danışırlar. Adamın ağlamağı, saçını yolmağı gəlir.

Hələ ötənlərdə bir psixoloqa müraciət etmişəm ki, uşaqların cinsi maariflənməsiylə məşğul olmağa hansı yaşdan başlayaq, suallarına hansı şəkildə cavab verək, necə hərəkət edək? Deyir bizim mentalitetə görə, cinsəl suallara cavab vermək ayıbdı. Qoy ana-ata abrına bükülüb uşaqların bu kimi suallarına cavab verməsin, o da gedib internetdə qabağına çıxanı oxusun, baxsın, olsun seksual manyak. Bunumu istəyirsiniz? Aman Allah, sizə müraciət edən valideynləri beləmi təlimatlandırırsınız? Siz də belə danışandan sonra biz ucqar kənddə kitabdan, internetdən uzaq düşən adamlardan nə gözləyək?

Niyə başa düşmürsünüz ki, müğənninin dekoltesi, qısa ətəyi, qırmızı saçı bizim cəmiyyətə, gəncliyə ziyan vurmur, amma sizin bu "abuk-subuk" açıqlamalarınız, sayıqlamalarınız beyinləri zəhərləyir. Adamları kitabdan, elmdən, proqressdən uzaq salır. Onlar fikirləşir ki, elmli olmaq yox, ana-bacısı evdən çıxanda ətəyinin uzunluğunu ölçməkdir vacib olan. Etməyin, cənablar, etməyin! Əgər bu cəmiyyətə fayda verəcək sözünüz, kəşfiniz, ideyanız yoxdursa, susun. Çoxmu çətindir bunu etmək? Sizin davaya çıxdığınız müğənnilər bilirsiniz nə deyirlər? Deyirlər ki, kişinin başı yox, soyuducusu dolu olar. Bax bunu da siz dedizdirirsiniz onlara, siz...

Sevinc Fədai Son.az

loading...
Berlində “Normand dördlüyü” liderlərinin görüşü keçirilir like
  • 19 Okt 21:33  
Dünya Berlində “Normand dördlüyü” liderlərinin görüşü keçirilir

Almaniyanın paytaxtı Berlində Ukrayna üzrə “Normand dördl&uu

arrow Ətraflı
Özbəkistanda hərbi helikopter qəzaya uğrayıb, 9 nəfər ölüb like
  • 19 Okt 21:33  
Dünya Özbəkistanda hərbi helikopter qəzaya uğrayıb, 9 nəfər ölüb

Özbəkistanın Fərqanə vilayətində hərbi helikopter qəzaya uğrayıb.

arrow Ətraflı
20 yaşlı qız zəhərlənib like
  • 19 Okt 21:29  
Digərləri 20 yaşlı qız zəhərlənib

Ağdamda zəhərlənmə faktı qeydə alınıb.

arrow Ətraflı
Artıq çəki beyini zəiflədir like
  • 19 Okt 21:25  
Digərləri Artıq çəki beyini zəiflədir

Hamı bilir ki, artıq çəki insan sağlamlığına mənfi təsir edir, diabet,

arrow Ətraflı
Türkiyədə zəlzələ baş verib like
  • 19 Okt 21:19  
Digərləri Türkiyədə zəlzələ baş verib

Türkiyənin Akdeniz bölgəsində 4,3 maqnitudalı zəlzələ baş veri

arrow Ətraflı
Prezident İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbriklər gəlməkdə davam edir like
  • 19 Okt 21:11  
Siyasət Prezident İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbriklər gəlməkdə davam edir

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Serbiya Hökumətinin sədri Aleksand

arrow Ətraflı
Göygöldə ana və iki azyaşlı uşağı dəm qazından zəhərlənib like
  • 19 Okt 21:02  
Digərləri Göygöldə ana və iki azyaşlı uşağı dəm qazından zəhərlənib

Göygöldə dəm qazından zəhərlənmə olub. Hhadisə Göygö

arrow Ətraflı
“Elektron imza” sertifikatlarının sayı 97 mini ötüb like
  • 19 Okt 20:58  
İqtisadiyyat “Elektron imza” sertifikatlarının sayı 97 mini ötüb

Bu ilin 9 ayı ərzində istifadəyə verilən “elektron imza” sertifikatın

arrow Ətraflı
"Rəqibsiz" Demet Akalının 20 illiyi - FOTO like
  • 19 Okt 20:56  
Digərləri "Rəqibsiz" Demet Akalının 20 illiyi - FOTO

Müğənni Demet Akalın səhnə fəaliyyətinin 20-ci ilini xüsusi albomla qey

arrow Ətraflı
Türkiyədə zəlzələ like
  • 19 Okt 20:55  
Dünya Türkiyədə zəlzələ

Türkiyədə Ağ dəniz sahillərində 4,3 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
Azərbaycan İranda beşulduzlu otel tikəcək like
  • 19 Okt 20:53  
Digərləri Azərbaycan İranda beşulduzlu otel tikəcək

İran Azərbaycana Ərdəbil vilayətində beşulduzlu otel tikməyi təklif edi

arrow Ətraflı