Prezident İlham Əliyev: "Radikalizmlə mübarizədə əsas məsələ özümüzü kənar fiziki və informasiya təhlükələrindən qorumaqdır"


Siyasət 19 Okt 2016 21:08:00 85 0

Prezident İlham Əliyev: "Radikalizmlə mübarizədə əsas məsələ özümüzü kənar fiziki və informasiya təhlükələrindən qorumaqdır"

"Bizim cəmiyyət milli ideya ətrafında sıx birləşib. Bu ideya bizim dəyərlərin prioritetindən, multikulturalizmin inkişafından ibarətdir".

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova "Sputnik Azerbaydjan" üçün müsahibəsində deyib.

Ölkə başçısı vurğulayıb ki, bu il Azərbaycanda "Multikulturalizm ili" elan edilib: "Bizim cəmiyyət Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, həmçinin müstəqilliyimizin möhkəmlənməsi, bütün iqtisadi və sosial məsələlərin həlli ideyası ətrafında birləşir. Buna görə də bizdə radikallara yer yoxdur: istər iqtisadi, istərsə də sosial baxımdan bu cür baza yoxdur. Çünki praktiki olaraq yoxsulluq yoxdur. Onlar haradan özlərinə tərəfdarlar toplayır? Onlar əsasən yoxsul təbəqələrdən toplayır. Azərbaycanda savadlılıq yüz faizdir. Yenə də, radikalları haradan toplayırlar? Savadsız kütlədən. Çünki belə mühit yoxdur. Amma bizim ətrafımızda belə deyil. Buna görə bizim üçün əsas məsələ özümüzü mənfi xarici təsirdən, o cümlədən dini ekstremizmin təsirindən qorumaqdır. Bizim cəmiyyət öz köklərinə - həm milli, həm mənəvi, həm dini köklərinə dərindən bağlıdır. Biz ziyarətgahlarımıza ehtiram bəsləyir və bu məsələyə çox qayğı ilə yanaşırıq. Lakin, eyni zamanda, bizim cəmiyyət dünyəvi, müasir cəmiyyətdir. Zənnimcə, Azərbaycanın timsalında müasir dünyəvi müsəlman ölkəsinin nümunəsi hələ yetərincə öyrənilməyib, o, çox ölkələr üçün yaxşı nümunə ola bilərdi".

İlham Əliyev qeyd edib ki, buna görə də radikalizmə qarşı mübarizə baxımından bizim üçün əsas məsələ özümüzü mövcud kənar fiziki və informasiya təhlükələrindən qorumaqdır:

"Lakin bunun üçün müvafiq orqanlar var, onlar ölkəmizin təhlükəsizliyini təmin edirlər və buna görə də Azərbaycan ətrafda gördüklərimizin hamısının fonunda sabitlik, inkişaf və asayiş məkanı kimi qalır. Biz, vətəndaşlarımız bunu çox yüksək dəyərləndiririk. Onlar qaynar nöqtələrdə, Avropa ölkələrində, MDB məkanında, Yaxın Şərqdə nələr baş verdiyini hər gün görürlər. Müharibə, qan, dağıntılar. Bu, bizim cəmiyyətimizi daha sıx birləşdirir. Bu - radikalizmə qarşı ən böyük "peyvənddir". Lakin bütün bunlara baxmayaraq, biz öz siyasətimizin - məhz müasirliyə, dünyəviliyə, Xeyirin Şər üzərində üstünlüyünə yönəlmiş siyasətimizin həyata keçirilməsi üzrə fəaliyyətimizi bir an belə zəiflətməməliyik. Biz mütəmadi olaraq bu istiqamətdə işləyirik".

loading...
Göygöldə ana və iki azyaşlı uşağı dəm qazından zəhərlənib like
  • 19 Okt 21:02  
Digərləri Göygöldə ana və iki azyaşlı uşağı dəm qazından zəhərlənib

Göygöldə dəm qazından zəhərlənmə olub. Hhadisə Göygö

arrow Ətraflı
“Elektron imza” sertifikatlarının sayı 97 mini ötüb like
  • 19 Okt 20:58  
İqtisadiyyat “Elektron imza” sertifikatlarının sayı 97 mini ötüb

Bu ilin 9 ayı ərzində istifadəyə verilən “elektron imza” sertifikatın

arrow Ətraflı
"Rəqibsiz" Demet Akalının 20 illiyi - FOTO like
  • 19 Okt 20:56  
Digərləri "Rəqibsiz" Demet Akalının 20 illiyi - FOTO

Müğənni Demet Akalın səhnə fəaliyyətinin 20-ci ilini xüsusi albomla qey

arrow Ətraflı
Türkiyədə zəlzələ like
  • 19 Okt 20:55  
Dünya Türkiyədə zəlzələ

Türkiyədə Ağ dəniz sahillərində 4,3 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
Azərbaycan İranda beşulduzlu otel tikəcək like
  • 19 Okt 20:53  
Digərləri Azərbaycan İranda beşulduzlu otel tikəcək

İran Azərbaycana Ərdəbil vilayətində beşulduzlu otel tikməyi təklif edi

arrow Ətraflı
Prezident İlham Əliyev: "Münbit torpaqlardan səmərəli istifadə olunmalıdır" like
  • 19 Okt 20:47  
İqtisadiyyat Prezident İlham Əliyev: "Münbit torpaqlardan səmərəli istifadə olunmalıdır"

"Kartof, taxıl və şəkər çuğundurunun əkini genişləndirilməlidir"

arrow Ətraflı
Qlazqo Universitetinin mütəxəssisi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub like
  • 19 Okt 20:47  
Sosial Qlazqo Universitetinin mütəxəssisi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub

İngiltərədə Azərbaycan multikulturalizminin təbliği və təşviqi ilə ba

arrow Ətraflı
Heydər Əliyev Sarayında Yeni il nağılı - FOTO like
  • 19 Okt 20:44  
Digərləri Heydər Əliyev Sarayında Yeni il nağılı - FOTO

Dekabrın 28-də Heydər Əliyev Sarayında Yeni il bayramı münasibəti ilə u

arrow Ətraflı
Əhmədlidə və Masazırda torpaq sürüşməsi baş verib like
  • 19 Okt 20:44  
Digərləri Əhmədlidə və Masazırda torpaq sürüşməsi baş verib

Azərbaycan ərazisində atmosfer yağıntılarının normadan dəfələrlə art

arrow Ətraflı
Bağdadda partlayış: ölən və yaralananlar var like
  • 19 Okt 20:43  
Dünya Bağdadda partlayış: ölən və yaralananlar var

İraqın paytaxtı Bağdadda ektremistlər tərəfindən quraşdırılmış iki

arrow Ətraflı
Muratla Aslı ayrılıb? - FOTO like
  • 19 Okt 20:38  
Digərləri Muratla Aslı ayrılıb? - FOTO

Ötən gün Nejat İşler və Serenay Sarıkayanın baş rollarda çəkildiklər

arrow Ətraflı