Bakı və Abşeronda yeni sürüşmə ocaqları yaranıb


Digərləri 19 Okt 2016 20:33:00 78 0

Bakı və Abşeronda yeni sürüşmə ocaqları yaranıb

Sürüşmə, uçqun, və subasma ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan çoxsaylı müraciətlərlə əlaqədar nazirliyin Geoloji Planalma Ekspedisiyası gücləndirilmiş iş rejiminə keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, ETSN-nin Geoloji Planalma Ekspedisiyasının mütəxəssisləri tərəfindən Abşeron yarımadası və respublika ərazisində aparılan monitorinq və müşahidələr intensivləşdirilib.

Mövcud olan sürüşmə, subasma və uçqun təhlükəsi olan yerlərdə monitorinqlər keçirilir.

Respublika ərazisindəki mövcud sürüşmə sahələrinin bəzilərində, o cümlədən Bakıda və Abşeron yarımadasında atmosfer yağıntılarının təsirindən nisbi aktivlik müşahidə edilib, bəzi yerlərdə isə yeni sürüşmə ocaqları qeydə alınıb.

Əhmədli və Masazır qəsəbələrində yağan yağışlar nəticəsində lokal sahədə uçqun prosesi baş verib. Əhmədli qəsəbəsində  uçquna məruz qalmış sahənin uzunluğu 25 metr, hündürlüyü isə 4 metrdir. Masazır qəsəbəsində uçquna məruz qalmış sahənin uzunluğu isə 35 metr, hündürlüyü 3 metrdir. Zığ sürüşmə sahəsində nisbi aktivləşmə olsa da, uçqun və dağıntı qeydə alınmayıb.

Sabunçu rayonunun Savalan qəsəbəsində, Daş karxanası yaşayış massivində və Şuşa şəhərciyində isə əraziyə düşən atmosfer yağıntıları nəticəsində qrunt sularının səviyyəsi qalxıb və subasma hadisəsi baş verib. Binəqədi rayonunun Məlikaslanov küçəsində də analoji hal müşahidə edilib. Badamdar, Bayıl və Əhmədli qəsəbəsinin digər ərazilərində isə aktivləşmə qeydə alınmayıb.

Respublika ərazisində aparılan monitorinqlər zamanı Qobustan rayonunun Poladlı kəndində sürüşmə prosesinin aktivləşməsi nəticəsində kəndə yeganə girişi olan avtomobil yolu bağlanıb. Yolun 20-22 metr hissəsi tamamilə sıradan çıxıb.

İsmayıllı rayonunun İstisu kəndi ərazisində isə yeni sürüşmə prosesi qeydə alınıb. Sürüşmə sahəsi təqribən 3 hektar ərazini əhatə edib. Sürüşmə sahəsinin eni 400-500 metr, uzunluğu 600-650 metr, sürüşmənin qırılma daşının hündürlüyü 4-6 metr arasında dəyişir. 

Respublikanın digər yerlərində də, o cümlədən cənub bölgəsində Lənkəran-Lerik avtomobil yolunun 17-19-cu kilometrliyində, həmin avtomobil yolunun 45-ci kilometrliyində, Astara Deqədi Pəlikeş avtomobil yolunun bir neçə kilometrliyində, Qobustan rayonunun Poladlı sürüşmə sahəsində, Quba rayonunun Güləzi sürüşmə sahəsində, Quba-Xınalıq yolunun 36-44 kilometrliyində, Quba-Qonaqkənd avtomobil yolunun bir neçə kilometrliyində, Muğanlı-İsmayıllı avtomobil yolunun 2-ci, 11-ci kilometrliyində, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyində, İsmayıllı rayonunun Xankəndi sürüşmə sahəsində, İsmayıllı rayonunun Basqal-Sulut avtomobil yolunun 9-cu kilometrliyində, Gədəbəy rayonunun Hacılar (Əyridərə), Tovuz rayonunun Qarağatlı, Cəlilabad rayonunun Sadatlı sürüşmə sahəsində ekzogen-geoloji proseslərin dinamikası üzərində monitorinq və müşahidələr davam etdirilir.

Qeyd edək ki, monitorinqlərin nəticələri barədə bülletenlər hazırlanaraq müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına məlumat verilir. 

loading...
"Lampoçka" bağlayırdı - like
  • 19 Okt 20:30  
Digərləri "Lampoçka" bağlayırdı -

Bakıda 45 yaşlı kişi mənzilində lampa dəyişərkən şüşə parçasını

arrow Ətraflı
Təhsil Nazirliyi uşaq bağçalarının özəlləşdirilməsinin əleyhinədir like
  • 19 Okt 20:26  
Digərləri Təhsil Nazirliyi uşaq bağçalarının özəlləşdirilməsinin əleyhinədir

Təhsil Nazirliyi Milli Məclisdə “Məktəbəqədər təhsil haqqın

arrow Ətraflı
İşçilərin maaşını kəsib özünə 550 milyonluq yaxta aldı like
  • 19 Okt 20:23  
Digərləri İşçilərin maaşını kəsib özünə 550 milyonluq yaxta aldı

Səudiyyə Ərəbistanı Krallığının ikinci vəliəhdi, baş nazirin ikinci

arrow Ətraflı
“Putin Azərbaycanın bir hissəsini və... Dağıstanı tutmaq istəyir!” like
  • 19 Okt 20:23  
Digərləri “Putin Azərbaycanın bir hissəsini və... Dağıstanı tutmaq istəyir!”

Fransanın “Les Echos” qəzeti Rusiya prezidenti Vladimir Putinin &l

arrow Ətraflı
Dünya Mərkəzi Bankları rekord həcmdə ABŞ istiqrazı satıb like
  • 19 Okt 20:21  
İqtisadiyyat Dünya Mərkəzi Bankları rekord həcmdə ABŞ istiqrazı satıb

ABŞ istiqrazlarının cəlbediciliyinin artırılması üçün FES-in uçot də

arrow Ətraflı
Jerar Depardye üzr istədi like
  • 19 Okt 20:15  
Digərləri Jerar Depardye üzr istədi

Rusiya vətəndaşı olan fransız əsilli aktyor Jerar Depardye Antalya Film Fe

arrow Ətraflı
Arvadını ilk dəfə kosmetikasız görən ər boşandı like
  • 19 Okt 20:12  
Dünya Arvadını ilk dəfə kosmetikasız görən ər boşandı

Birləşmiş Ərəb Əmirliklərində maraqlı hadisə baş verib.

arrow Ətraflı
Tanınmışların yeni FOTOları like
  • 19 Okt 20:01  
Şou-biznes Tanınmışların yeni FOTOları

Tanınmış simalar ən yeni şəkillərini İnstaqram sosial şəbəkəsində p

arrow Ətraflı
BANM və ABB şirkətləri arasında razılaşma imzalanıb like
  • 19 Okt 19:53  
Sosial BANM və ABB şirkətləri arasında razılaşma imzalanıb

Tədbirdə İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Philipp Stal

arrow Ətraflı