ETSN: Yağışlar nəticəsində bir sıra ərazilərdə uçqun baş verib, qrunt sularının səviyyəsi qalxıb


Sosial 19 Okt 2016 19:37:00 54 0

ETSN: Yağışlar nəticəsində bir sıra ərazilərdə uçqun baş verib, qrunt sularının səviyyəsi qalxıb

Nazirliyin Geoloji Planalma Ekspedisiyası sürüşmə aktivliyi müşahidə olunan ərazilərdə monitorinqlər keçirir

Azərbaycan ərazisində atmosfer yağıntılarının normadan dəfələrlə artıq düşməsi nəticəsində ölkə ərazisində sürüşmə sahələrində aktivlik müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Planalma Ekspedisiyasısürüşmə, uçqun, və subasma ilə bağlı daxil olan çoxsaylı müraciətlərlə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən bildirilib.

Məlumata görə,ETSN-nin Geoloji Planalma Ekspedisiyasının mütəxəssisləri tərəfindən Abşeron yarımadası və respublika ərazisində aparılan monitorinq və müşahidələr intensivləşdirilib: "Mövcud olan sürüşmə, subasma və uçqun təhlükəsi olan yerlərdə monitorinqlər keçirilir. Respublika ərazisindəki mövcud sürüşmə sahələrinin bəzilərində, o cümlədən Bakıda və Abşeron yarımadasında atmosfer yağıntılarının təsirindən nisbi aktivlik müşahidə edilib, bəzi yerlərdə isə yeni sürüşmə ocaqları qeydə alınıb. Əhmədli və Masazır qəsəbələrində yağan yağışlar nəticəsində lokal sahədə uçqun prosesi baş verib. Əhmədli qəsəbəsində uçquna məruz qalmış sahənin uzunluğu 25 metr, hündürlüyü isə 4 metrdir. Masazır qəsəbəsində uçquna məruz qalmış sahənin uzunluğu isə 35 metr, hündürlüyü 3 metrdir. Zığ sürüşmə sahəsində nisbi aktivləşmə olsa da, uçqun və dağıntı qeydə alınmayıb".

"Sabunçu rayonunun Savalan qəsəbəsində, Daş karxanası yaşayış massivində və Şuşa şəhərciyində isə əraziyə düşən atmosfer yağıntıları nəticəsində qrunt sularının səviyyəsi qalxıb və subasma hadisəsi baş verib. Binəqədi rayonunun Məlikaslanov küçəsində də anoloji hal müşahidə edilib. Badamdar, Bayıl və Əhmədli qəsəbəsinin digər ərazilərində isə akivləşmə qeydə alınmayıb. Respublika ərazisində aparılan monitorinqlər zamanı Qobustan rayonunun Poladlı kəndində sürüşmə prosesinin aktivləşməsi nəticəsində kəndə yeganə girişi olan avtomobil yolu bağlanıb. Yolun 20-22 metr hissəsi tamamilə sıradan çıxıb. İsmayıllı rayonunun İstisu kəndi ərazisində isə yeni sürüşmə prosesi qeydə alınıb. Sürüşmə sahəsi təqribən 3 hektar ərazini əhatə edib. Sürüşmə sahəsinin eni 400-500 metr, uzunluğu 600-650 metr, sürüşmənin qırılma daşının hündürlüyü 4-6 metr arasında dəyişir", - məlumatda qeyd olunub.

Məlumatda həmçinin vurğulanıb ki, respublikanın digər yerlərində də, o cümlədən cənub bölgəsində Lənkəran-Lerik avtomobil yolunun 17-19-cu kilometrliyində, həmin avtomobil yolunun 45-ci kilometrliyində, Astara Deqədi Pəlikeş avtomobil yolunun bir neçə kilometrliyində, Qobustan rayonunun Poladlı sürüşmə sahəsində, Quba rayonunun Güləzi sürüşmə sahəsində, Quba-Xınalıq yolunun 36-44 kilometrliyində, Quba-Qonaqkənd avtomobil yolunun bir neçə kilometrliyində, Muğanlı-İsmayıllı avtomobil yolunun 2-ci, 11-ci kilometrliyində, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyində, İsmayıllı rayonunun Xankəndi sürüşmə sahəsində, İsmayıllı rayonunun Basqal-Sulut avtomobil yolunun 9-cu kilometrliyində, Gədəbəy rayonunun Hacılar (Əyridərə), Tovuz rayonunun Qarağatlı, Cəlilabad rayonunun Sadatlı sürüşmə sahəsində ekzogen-geoloji proseslərin dinamikası üzərində monitorinq və müşahidələr davam etdirilir. Monitorinqlərin nəticələri barədə bülletenlər hazırlanaraq müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına məlumat verilir.

loading...
Əfqanıstanda beynəlxalq koalisiya hərbçilərinə atəş açılıb like
  • 19 Okt 19:36  
Dünya Əfqanıstanda beynəlxalq koalisiya hərbçilərinə atəş açılıb

Əfqanıstanın paytaxtı Kabulda naməlum şəxs beynəlxalq koalisiya hərb&cc

arrow Ətraflı
İŞİD silahlıları iki il yarım ərzində 10 mindən çox Mosul sakinini qətlə yetirib like
  • 19 Okt 19:36  
Dünya İŞİD silahlıları iki il yarım ərzində 10 mindən çox Mosul sakinini qətlə yetirib

Onlar yerli ərəblərə, xristianlara, yezidlərə, türkmənlərə və s. diva

arrow Ətraflı
"Hilton"da yanğın like
  • 19 Okt 19:35  
Dünya "Hilton"da yanğın

Türkiyənin paytaxtı Ankarada HiltonSA otelində yanğın baş verib.

arrow Ətraflı
Kaspşik: "Müxtəlif ölkələrin siyasi liderləri Minsk qrupunun fəaliyyətini dəstəkləyir" like
  • 19 Okt 19:34  
Siyasət Kaspşik: "Müxtəlif ölkələrin siyasi liderləri Minsk qrupunun fəaliyyətini dəstəkləyir"

Müxtəlif ölkələrin yüksək vəzifəli siyasi liderləri Dağlıq Qarabağ

arrow Ətraflı
"Siqaret çəkmə" deyən taksi sürücüsünü ölümcül döydülər - VİDEO like
  • 19 Okt 19:30  
Dünya "Siqaret çəkmə" deyən taksi sürücüsünü ölümcül döydülər - VİDEO

İstanbulun Taksim meydanı yaxınlığında cinayət hadisəsi qeydə alınıb.

arrow Ətraflı
Özbəkistanda helikopter qəzaya uğrayıb like
  • 19 Okt 19:22  
Digərləri Özbəkistanda helikopter qəzaya uğrayıb

Özbəkistanın Fərqanə vilayətinin ərazisində helikopter qəzaya uğra

arrow Ətraflı
Əfqanıstanda beynəlxalq koalisiya hərbçilərinə atəş açıldı - like
  • 19 Okt 19:22  
Siyasət Əfqanıstanda beynəlxalq koalisiya hərbçilərinə atəş açıldı -

Əfqanıstanın paytaxtı Kabulda naməlum şəxs beynəlxalq koalisiya hərbçi

arrow Ətraflı
Azərbaycan müdafiə naziri "Beynəlxalq Gələcək Qüvvələr Sərgisi 2016"da iştirak edir like
  • 19 Okt 19:20  
Siyasət Azərbaycan müdafiə naziri "Beynəlxalq Gələcək Qüvvələr Sərgisi 2016"da iştirak edir

Sərgidə 200-dən artıq şirkətin hərbi təyinatlı məhsulları nümayiş o

arrow Ətraflı
Məryəm Uzerli bacı və qardaşları ilə - FOTO like
  • 19 Okt 19:20  
Digərləri Məryəm Uzerli bacı və qardaşları ilə - FOTO

Aktrisa Məryəm Uzerli İnstaqram-da illər əvvəlin fotosunu paylaşıb.

arrow Ətraflı
Həmkəndlisini avtomobillə vurdu - FOTO like
  • 19 Okt 19:18  
Kriminal Həmkəndlisini avtomobillə vurdu - FOTO

33 yaşlı sürücü avtomobillə həmkəndlisini vurub. ARB Şəki xəbər v

arrow Ətraflı
Prezident İlham Əliyev: "Dağlıq Qarabağa dair ağlabatan kompromis mümkündür" like
  • 19 Okt 19:12  
Siyasət Prezident İlham Əliyev: "Dağlıq Qarabağa dair ağlabatan kompromis mümkündür"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Rossiya seqodnya&q

arrow Ətraflı
"Aycan" yeni quruluşda like
  • 19 Okt 19:10  
Kriminal "Aycan" yeni quruluşda

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 89-cu mövsümün ilk uşaq

arrow Ətraflı