Təhsil Nazirliyi məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsinin əleyhinədir


Digərləri 19 Okt 2016 18:47:22 66 0

Təhsil Nazirliyi məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsinin əleyhinədir

Təhsil Nazirliyi Milli Məclisdə "Məktəbəqədər təhsil haqqında" qanun layihəsində məktəbəqədər təhsil müəssisəsinin mülkiyyəti profili üzrə fəaliyyətini saxlamaq şərtilə özəlləşdirilməsi ilə bağlı öz əksini tapan müddəaya münasibət bildirib.

Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov APA-ya deyib ki, nazirlik məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsinin tərəfdarı deyil. Şöbə müdiri vurğulayıb ki, mövcud məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsi onsuz da böyük deyil, ölkə üzrə əhatə olunma səviyyəsi 14 faiz təşkil edir: "Buna görə də mövcud müəssisələrin qorunub saxlanmasına ehtiyac var. İkincisi, özəlləşdiriləcək bağçaların profilinin saxlanılmasını təmin edən etibarlı mexanizm yoxdur. Üçüncüsü, istənilən hüquqi və fiziki şəxs qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq məktəbəqədər təhsil müəssisəsi aça bilər. Bu fəaliyyətə dair lisenziyanın verilməsi asanlaşdırılıb və fəaliyyətin vergiyə cəlb olunması ilə bağlı kifayət qədər güzəştlər tətbiq edilir. Yəni, bu fəaliyyətlə məşğul olan şəxsin məktəbəqədər təhsil müəssisəsi yaratmağının yolu yalnız özəlləşdirmədən keçmir".

A.Əhmədov qeyd edib ki, son 3 il ərzində yeni fəaliyyətə başlayan özəl məktəbəqədər təhsil müəssisələrinin sayı 50-dən çoxdur. Bu sayın müsbətə doğru dəyişdiyini deyən şöbə müdiri əlavə edib ki, 2014-cü ilin fevralında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yeni böyük layihəyə - "Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı"na start verilib: "Həmin proqram çərçivəsində çoxsaylı məktəbəqədər təhsil müəssisəsi inşa edilib və bu iş uğurla davam etdirilir. Bu təşəbbüs məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişlənməsinə müsbət təsir göstərəcək. Bir daha qeyd etmək istəyirəm ki, Təhsil Nazirliyi"Məktəbəqədər təhsil" haqqında qanun layihəsində məktəbəqədər təhsil müəssisələrinin profili saxlanmaq şərtilə özəlləşdirilməsinin tərəfdarı deyildir. Və müzakirə olunan bu maddə ilə bağlı mövqeyimiz ondan ibarətdir ki, məktəbəqədər təhsil müəssisəsi profil üzrə fəaliyyəti saxlanmaq şərtilə hüquqi və fiziki şəxslərin idarəçiliyinə verilə bilər. Bununla bağlı Təhsil Nazirliyi öz rəy və təkliflərini Milli Məclisin müvafiq Komitəsinə göndərib".

loading...
İran prezidenti İlham Əliyevi təbrik edib like
  • 19 Okt 18:42  
Digərləri İran prezidenti İlham Əliyevi təbrik edib

İran İslam Respublikasının prezidenti Həsən Ruhani Azərbaycan d

arrow Ətraflı
"Nardaran işi": "Polis əməkdaşlarına daş atırdılar" like
  • 19 Okt 18:39  
Siyasət "Nardaran işi": "Polis əməkdaşlarına daş atırdılar"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun s

arrow Ətraflı
"NATO Azərbaycanla əməkdaşlığın davam etdiriləcəyinə ümid edir" like
  • 19 Okt 18:37  
Siyasət "NATO Azərbaycanla əməkdaşlığın davam etdiriləcəyinə ümid edir"

NATO Azərbaycanla əməkdaşlığın davam etdiriləcəyinə ümid edir.

arrow Ətraflı
Elza Seyidcahan başına quş lələyi qoydu - FOTO like
  • 19 Okt 18:36  
Şou-biznes Elza Seyidcahan başına quş lələyi qoydu - FOTO

Ötən gün "İlin müğənnisi" mükafatına layiq görülən əməkd

arrow Ətraflı
Məhərrəm Məhərrəmov "Tərəqqi" medalı ilə təltif edildi like
  • 19 Okt 18:26  
Siyasət Məhərrəm Məhərrəmov "Tərəqqi" medalı ilə təltif edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev M.M.Məhərrəmovun &quo

arrow Ətraflı
Bu həftə Musiqili Teatrda 6 tamaşa olacaq - FOTO like
  • 19 Okt 18:24  
Kriminal Bu həftə Musiqili Teatrda 6 tamaşa olacaq - FOTO

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 3 gün ərzində 6 tamaşa

arrow Ətraflı
Prezident İlham Əliyev fəxri ad və medallarla təltif etdi - SİYAHI like
  • 19 Okt 18:21  
Siyasət Prezident İlham Əliyev fəxri ad və medallarla təltif etdi - SİYAHI

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan energetiklə

arrow Ətraflı
Elmar Məmmədyarov Xəzəryanı dövlətlərin vacib prioritetlərini açıqladı like
  • 19 Okt 18:19  
Siyasət Elmar Məmmədyarov Xəzəryanı dövlətlərin vacib prioritetlərini açıqladı

Danışıqlar prosesi çərçivəsində Xəzər dənizinin hüquqi statusu ilə

arrow Ətraflı
Hamilə Şəbnəm: "Bu şəkillərim çox danışılacaq" - FOTO like
  • 19 Okt 18:17  
Şou-biznes Hamilə Şəbnəm: "Bu şəkillərim çox danışılacaq" - FOTO

Bir müddət öncə iş adamından hamilə olduğu xəbərini inkar edən müğ

arrow Ətraflı
NATO ekspertləri Azərbaycana gəliblər like
  • 19 Okt 18:16  
Siyasət NATO ekspertləri Azərbaycana gəliblər

Bakıda NATO-nun təhsil ekspertlərinin işçi görüşləri keçirilir

arrow Ətraflı