Qurban Qurbanov: "PAOK-a qarşı xarakter göstərməliyik"


İdman 19 Okt 2016 17:52:53 70 0

Qurban Qurbanov: "PAOK-a qarşı xarakter göstərməliyik"

"İnanmıram ki, bizdə döyüş ruhu olmayan futbolçular var"

"Hamımız bu oyunun bizim üçün nə dərəcədəəhəmiyyətli olduğnu anlayırıq vəhər şeyin yaxşısını etməyə çalışmalıyıq. Baxmayaraq ki, heyətdə itkilər var, amma oyuna hazırıq. Hamı ilə söhbətimiz olub və rəqibi ətraflı analiz etməliyik. Rəqib hələ məğlub olmayıb. Sabah ən yaxşı nəticə üçün ən yaxşısını etməyə çalışacağıq".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının J qrupunda Yunanıstan PAOK-u ilə keçirəcəkləri III turoyunundan öncə mətbuat konfransında deyib.

Daha sonra Q.Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

- Son 13 oyunda bir məğlubiyyəti olanPAOK səfəroyunlarının heç birində uduzmayıb. "Qarabağ" nəyin sayəsində rəqibə yerini göstərə bilər?

- Futbol elə oyundur ki, məğlubedilməz komanda yoxdur. Hər bir komandanın pik nöqtəsi olur. Bunu nəzərə almışıq. Bu oyunda qələbə bizə daha çox lazımdır. Hər bir varianta əl atacağıq ki, rəqibin üstün tərəflərinin qarşısını alaq. Nə qədər alınacağını deyə bilmərəm.

- Azərbaycanda çıxış etmiş Fakundo Pereyranın rəqib düşərgədə olması "Qarabağ"ınxeyrinədir, yoxsa bununönəmi yoxdur?

- "Önəmi yoxdur" desəm düz olmaz. İndi elə bir sistem qurulub ki, baş məşqçi lazım bilsə, istənilənməlumatı öyrənə bilər. Hər il komandada yeniliklər, oyun sistemində dəyişikliklər olur. Fikrimcə, hər birməşqçi üçün yeni məlumat daha faydalıdır.

- Rəşad Sadıqovun vəziyyəti necədir?

- Açığı, onun sabah oynayıb-oynamayacağını deyə bilmərəm. Təkcə dünən fərdi qaydada məşq edib. Komandada olan itkilərə görə onun oynamaq ehtimalı çoxdur. Baxmayaraq ki, Rəşad sabahkı oyuna tam hazır deyil, amma ola bilsin risk edib onu meydana buraxım. Bunun üçünhəkimlərlə və Rəşadın özü ilədanışmaq vacibdir. Hələ son qərar verməmişəm.

- Oyuna 7 000 bilet satılıb. Azarkeşlər niyə fədakarlıq göstərmir?

- Azarkeşlərdən həmişə razı qalmışam. Sayları az da, çox daolanda bizimlədirlər. Düşünürəm ki, stadionda olmayan azarkeşlər də bizimlə olur və sabaha qədər azarkeş sayı artacaq. Həmişə istədiyimiz olmur. Çalışacağıq ki, onların hamısını stadiona qaytaraq və bizimlə olsunlar.

- Qeyd etdiniz ki, hər bir vasitədən istifadə edəcəyik. Buraya ev tapşırıqları daxildir?

- Hamısını demək istəmirəm. Amma hamısından istifadə edəcəyik. Rəqib ciddi komandadır. Yunanlar xarakter göstərən millətdir. Bu komandaya qarşı özümüz də xarakter göstərməliyik. Bəlkə sabah meydanda gözəl oyundan çox yaxşı mübarizə olsun.

- Stadionda vəziyyət necədir?

- Yüz faiz hazır deyil. Bizim oynama vaxtımız ayın sonunda olmalı idi. Proqnozlaşdırılmışdı ki, bizim oyundan sonra kiçik problemlər ola bilər. Amma mütəxəssislərlə də bunu danışmışıq. Qorumağa çalışırıq. Havadan da çox şey asılı olacaq. Ancaq çox ciddi problem olacağını düşünmürəm.

- "Qarabağ"ın qələbəyə daha çox ehtiyacı var. Sabahkı oyunda meydana iki hücumçu çıxa bilər?

- Bu sual mənə çox verilir. Ancaq bəzi oyunlarımızda ön xətdə 5, 6, bəzən də 3 futbolçu olur. Daha çox öz sistemimizdən kənara çıxmamağa çalışırıq. Oyunun gedişatında lazım olsa, hər hansı dəyişiklik ediləcək.

- Millidə çıxış edən döyüşkən ruhlu futbolçuları sabah da meydanda görə biləcəyikmi?

- İnanmıram ki, bizdə döyüş ruhu olmayan futbolçular var. Futbolda idman xarakteri olmasa, nəticə vermək çox çətindir. Sadəcə, inam olmalıdır. Milli komandada olan futbolçuların üstünlüyü odur ki, oyun praktikaları daha çoxdur.

- Elvin Yunuszadəni bağışlamısınız?

- Həyatda bağışlamamışam. Amma futbolda artıq bağışlamışam. Dünən komanda ilə ilk məşqini etdi. Yəqin ki, sabah o da oyunda olmayacaq.

loading...
15 min 211 manatlıq avadanlıq aldı, pulunu ödəmədi like
  • 19 Okt 17:51  
Digərləri 15 min 211 manatlıq avadanlıq aldı, pulunu ödəmədi

Bakıda şirkət müdirinə qarşı dələduzluq edilib.

arrow Ətraflı
Sağ qalan yeganə PKK-çı qadın tutuldu - FOTO like
  • 19 Okt 17:51  
Dünya Sağ qalan yeganə PKK-çı qadın tutuldu - FOTO

16 oktyabrda başlayan hava dəstələrinin əməliyyatı zamanı 6-sı qadın

arrow Ətraflı
Maliyyə Bazarlarına Nəzarət Palatası işçi qəbuluna başlayıb like
  • 19 Okt 17:50  
İqtisadiyyat Maliyyə Bazarlarına Nəzarət Palatası işçi qəbuluna başlayıb

Potensial namizədlərin müraciət etmək üçün bir ay vaxtı var

arrow Ətraflı
Mandatını Heydər Əliyevə təklif edən sabiq vitse-spiker: "Müstəqilliyə möhtac idik" like
  • 19 Okt 17:46  
Digərləri Mandatını Heydər Əliyevə təklif edən sabiq vitse-spiker: "Müstəqilliyə möhtac idik"

Müstəqilliyimizin bərpa edilməsindən 25 il ötür. O zaman mərhum Heydər

arrow Ətraflı
Ərdoğan: "Türkiyəyə 1 milyonluq qaçqın axını gözlənilir" like
  • 19 Okt 17:42  
Dünya Ərdoğan: "Türkiyəyə 1 milyonluq qaçqın axını gözlənilir"

Suriyanın Hələb şəhərində hərbi əməliyyatların fəallaşacağı təqd

arrow Ətraflı
Türkiyənin Suriya ilə sərhədinə 3 top mərmisi düşüb, ana və uşağı yaralanıb like
  • 19 Okt 17:40  
Dünya Türkiyənin Suriya ilə sərhədinə 3 top mərmisi düşüb, ana və uşağı yaralanıb

Mərmilər Selimiyə və Gebelı məhəllələrindəki 3 evin bağına düşüb

arrow Ətraflı
Manatın sabaha MƏZƏNNƏSİ like
  • 19 Okt 17:40  
Digərləri Manatın sabaha MƏZƏNNƏSİ

Mərkəzi Bankdan Son.az-a verilən məlumata görə, 20.10.2016-cı il tarixin

arrow Ətraflı
Quba-Xınalıq yolunda qar və qaya uçqunu olub like
  • 19 Okt 17:37  
Digərləri Quba-Xınalıq yolunda qar və qaya uçqunu olub

Bu gün Quba-Xınalıq yolunda qar və qaya uçqunu olub.

arrow Ətraflı
Bakıda şirkət müdirinə külli miqdarda pul atdılar like
  • 19 Okt 17:37  
Digərləri Bakıda şirkət müdirinə külli miqdarda pul atdılar

Bakıda şirkət müdirinə qarşı dələduzluq edilib.

arrow Ətraflı