Səfir: "Azərbaycan neftinin Odessa-Brodı kəməri ilə nəqli hər iki dövlət üçün sərfəlidir"


İqtisadiyyat 19 Okt 2016 17:54:37 52 0

Səfir: "Azərbaycan neftinin Odessa-Brodı kəməri ilə nəqli hər iki dövlət üçün sərfəlidir"

İki ölkə ərazisində emal məqsədilə ortaq müəssisələrin yaradılması məsələlərinə baxılır

“Azərbaycan neftinin Odessa-Brodı boru kəməri vasitəsilə nəqli layihəsinin yenilənməsi hər iki dövlət üçün sərfəlidir və bu, kompleks əməkdaşlığın ən yaxşı tərəflərindən biri olacaq”.“Report” xəbər verir ki, bunu Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “Caspian Energy İnternational Media Group”un nümayəndəsi ilə görüşdə bildirib.

O xatırladıb ki, Bakıda Azərbaycan tərəfindən Ukraynaya enerji resursları tədarükü imkanları müzakirə edilib və bu baxımdan karbohidrogenin Odessa-Brodı kəməri vasitəsilə nəqli nəzərdən keçirilib.

İki ölkə arasındakı ikitrəfli əlaqələrdən bəhs edərkən A.Xudiyev Azərbaycan Prezidenti İlham Əliyevlə Ukrayna Prezidenti Petro Poroşenko arasında bu yaxınlarda Bakıda baş tutmuş danışıqların enerji, ticarət, kənd təsərrüfatı, hərbi-texniki əməkdaşlıq sahələrində Azərbaycan-Ukrayna əlaqələrinin inkişafına yeni təkan verdiyini, müxtəlif sahələrdə bir sıra nüfuzlu layihələrə gücləndirilmiş hazırlığın başlandığını qeyd edib.

Onun sözlərinə görə, hazırda Azərbaycan-Ukrayna İqtisadi-ticari əməkdaşlıq Hökumətlərarası Komissiyasınınqəbul etdiyi qərarların icrası ilə bağlı gərgin iş gedir: “Kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələr möhkəmlənir, meyvə-tərəvəz məhsullarının tədarük həcminin artırılması, həmçinin onların hər iki dövlətin ərazisində emalı məqsədilə müvafiq ortaq müəssisələrin yaradılması məsələlərinə baxılır. Biz Azərbaycan məhsulunun Ukraynaya ixracını artırmaqda maraqlıyıq”.

Səfir həmçinin iki dövlət arasında informasiya əməkdaşlığının genişləndirilməsinin vacibliyini və bu işdə “Caspian Energy” kimi beynəlxalq KİV-inxüsusi rol oynadığını qeyd edib. Diplomat IV Beynəlxalq "Caspian Energy Forum"unun Bakıda keçirilməsinin və tədbirdə Ukrayna şirkətlərinin iştirakının aktuallığını vurğulayıb.

loading...
Qurban Qurbanov: "PAOK-a qarşı xarakter göstərməliyik" like
  • 19 Okt 17:52  
İdman Qurban Qurbanov: "PAOK-a qarşı xarakter göstərməliyik"

"İnanmıram ki, bizdə döyüş ruhu olmayan futbolçular var"

arrow Ətraflı
15 min 211 manatlıq avadanlıq aldı, pulunu ödəmədi like
  • 19 Okt 17:51  
Digərləri 15 min 211 manatlıq avadanlıq aldı, pulunu ödəmədi

Bakıda şirkət müdirinə qarşı dələduzluq edilib.

arrow Ətraflı
Sağ qalan yeganə PKK-çı qadın tutuldu - FOTO like
  • 19 Okt 17:51  
Dünya Sağ qalan yeganə PKK-çı qadın tutuldu - FOTO

16 oktyabrda başlayan hava dəstələrinin əməliyyatı zamanı 6-sı qadın

arrow Ətraflı
Maliyyə Bazarlarına Nəzarət Palatası işçi qəbuluna başlayıb like
  • 19 Okt 17:50  
İqtisadiyyat Maliyyə Bazarlarına Nəzarət Palatası işçi qəbuluna başlayıb

Potensial namizədlərin müraciət etmək üçün bir ay vaxtı var

arrow Ətraflı
Mandatını Heydər Əliyevə təklif edən sabiq vitse-spiker: "Müstəqilliyə möhtac idik" like
  • 19 Okt 17:46  
Digərləri Mandatını Heydər Əliyevə təklif edən sabiq vitse-spiker: "Müstəqilliyə möhtac idik"

Müstəqilliyimizin bərpa edilməsindən 25 il ötür. O zaman mərhum Heydər

arrow Ətraflı
Ərdoğan: "Türkiyəyə 1 milyonluq qaçqın axını gözlənilir" like
  • 19 Okt 17:42  
Dünya Ərdoğan: "Türkiyəyə 1 milyonluq qaçqın axını gözlənilir"

Suriyanın Hələb şəhərində hərbi əməliyyatların fəallaşacağı təqd

arrow Ətraflı
Türkiyənin Suriya ilə sərhədinə 3 top mərmisi düşüb, ana və uşağı yaralanıb like
  • 19 Okt 17:40  
Dünya Türkiyənin Suriya ilə sərhədinə 3 top mərmisi düşüb, ana və uşağı yaralanıb

Mərmilər Selimiyə və Gebelı məhəllələrindəki 3 evin bağına düşüb

arrow Ətraflı
Manatın sabaha MƏZƏNNƏSİ like
  • 19 Okt 17:40  
Digərləri Manatın sabaha MƏZƏNNƏSİ

Mərkəzi Bankdan Son.az-a verilən məlumata görə, 20.10.2016-cı il tarixin

arrow Ətraflı
Quba-Xınalıq yolunda qar və qaya uçqunu olub like
  • 19 Okt 17:37  
Digərləri Quba-Xınalıq yolunda qar və qaya uçqunu olub

Bu gün Quba-Xınalıq yolunda qar və qaya uçqunu olub.

arrow Ətraflı
Bakıda şirkət müdirinə külli miqdarda pul atdılar like
  • 19 Okt 17:37  
Digərləri Bakıda şirkət müdirinə külli miqdarda pul atdılar

Bakıda şirkət müdirinə qarşı dələduzluq edilib.

arrow Ətraflı