Elmar Məmmədyarov: "Xəzəryanı dövlətlər bir-birilərinin daxili işlərinə qarışmamalıdır"


Siyasət 19 Okt 2016 18:05:28 62 0

Elmar Məmmədyarov: "Xəzəryanı dövlətlər bir-birilərinin daxili işlərinə qarışmamalıdır"

XİN başçısı: "Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya layihəsinin müddəalarının razılaşdırılması ilə bağlı əhəmiyyətli işlər görülüb"

"Danışıqlar prosesi çərçivəsində Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya layihəsinin müddəalarının razılaşdırılması ilə bağlı əhəmiyyətli işlər görülüb. Qəbul olunmuş siyasi qərarlar və Xəzəryanı dövlətlərin rəhbərlərinin sammitləri çərçivəsində əldə olunmuş razılaşmalar bütövlükdə Konvensiya layihəsinə dair gələcək danışıqların effektivliyinə kömək edir".

"Report" xəbər verir ki, bunu xarici işlər naziri Elmar MəmmədyarovAzərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində və ölkənin beynəlxalq aləmdə nüfuzunun artmasında xarici siyasət strategiyasının həlledici roluna dair məqaləsində bildirib.

Nazir qeyd edib ki,Xəzər dənizi Xəzər regionu ölkələrinin xalqlarının iqtisadi inkişafı və rifahına, həmçinin dünya enerji təhlükəsizliyinin təmin olunmasına yönələn bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir.

E.Məmmədyarov vurğulayıb ki, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi, enerji resurslarının əldə olunması və beynəlxalq bazarlara nəqli ilə bağlı investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz əlaqələrin yaradılması, yüksək gəlirli və ekoloji cəhətdən təmiz texnologiyanın cəlb olunması ilə bağlı məsələlər Xəzəryanı dövlətlərin vacib prioritetləri olaraq qalır: "Azərbaycan tərəfi əmindir ki, Xəzər dənizinin hüquqi statusu ilə bağlı bütün məsələlər Xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət və qarşılıqlı faydalı tərəfdaşlıq ruhunda, həmçinin tərəflər arasında, xüsusən regional sabitlik, təhlükəsizlik və Xəzər hövzəsində iqtisadi və elmi-tədqiqat fəaliyyəti ilə bağlı məsələlərdə inam və etibarın möhkəmləndirilməsi yolu ilə həll olunmalıdır. Etimad tədbirlərinə, həmçinin bütün Xəzəryanı dövlətlər üçün bərabər təhlükəsizlik şəraitinin təmin olunması da daxil olmalıdır. Biz, həmçinin əminik ki, Xəzər dənizində sabitliyin möhkəmləndirilməsi bütün tərəflərin maraqlarının nəzərə alınmasına, eləcə də bir-birilərinin təhlükəsizliyinə zərər vurmaması, Xəzəryanı dövlətlərin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə hörmət göstərilməsi və bir-birilərinin daxili işlərinə qarışmamasına əsaslanmalıdır.

Biz Xəzərin ətraf mühitinin bugünkü vəziyyəti ilə bağlı Xəzəryanı dövlətlərin ümumi narahatlıqlarını bölüşürük və Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıyıq".

loading...
Yük maşınının sürücüsü sükan arxasında hirslənərsə... - VİDEO like
  • 19 Okt 18:05  
Dünya Yük maşınının sürücüsü sükan arxasında hirslənərsə... - VİDEO

Minik avtomobili sürücüsü yolda yük maşını sürücüsünün səbrini d

arrow Ətraflı
Eldar Mahmudovun agentinə qarşı 3 maddə üzrə ittiham irəli sürüldü like
  • 19 Okt 18:03  
Digərləri Eldar Mahmudovun agentinə qarşı 3 maddə üzrə ittiham irəli sürüldü

İyulun 3-də saxlanılan JAM.az saytının rəhbəri Fikrət Fərəməzoğluna

arrow Ətraflı
Gəlinin ətəyi avtomobilə ilişdi və ... - VİDEO like
  • 19 Okt 18:02  
Dünya Gəlinin ətəyi avtomobilə ilişdi və ... - VİDEO

Rusiyada bir cütlüyün toya dəqiqələr qalmış başına qəribə olay gəli

arrow Ətraflı
Oddan qorxmayan qadın görənləri MAT QOYUR - like
  • 19 Okt 17:57  
Digərləri Oddan qorxmayan qadın görənləri MAT QOYUR -

Ağdaş rayon sakini Yeganə Mustafayeva bir neçə ildir qaynaqçılıq, rəngs

arrow Ətraflı
Qurban Qurbanov: "PAOK-a qarşı xarakter göstərməliyik" like
  • 19 Okt 17:52  
İdman Qurban Qurbanov: "PAOK-a qarşı xarakter göstərməliyik"

"İnanmıram ki, bizdə döyüş ruhu olmayan futbolçular var"

arrow Ətraflı
15 min 211 manatlıq avadanlıq aldı, pulunu ödəmədi like
  • 19 Okt 17:51  
Digərləri 15 min 211 manatlıq avadanlıq aldı, pulunu ödəmədi

Bakıda şirkət müdirinə qarşı dələduzluq edilib.

arrow Ətraflı
Sağ qalan yeganə PKK-çı qadın tutuldu - FOTO like
  • 19 Okt 17:51  
Dünya Sağ qalan yeganə PKK-çı qadın tutuldu - FOTO

16 oktyabrda başlayan hava dəstələrinin əməliyyatı zamanı 6-sı qadın

arrow Ətraflı