İƏT XİN Şurası Azərbaycanın işğal olunmuş ərazilərində abidələrin dağıdılmasına dair qətnamə qəbul edib


Siyasət 19 Okt 2016 15:37:19 63 0

İƏT XİN Şurası Azərbaycanın işğal olunmuş ərazilərində abidələrin dağıdılmasına dair qətnamə qəbul edib

İƏT-ə üzv dövlətlər bir daha Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət ifadə edirlər

Oktyabrın 18-19-da İslam Əməkdaşlıq Təşkilatı (İƏT)Xarici İşlər Nazirləri (XİN)Şurasının Özbəkistan Respublikasının Daşkənd şəhərində keçirilən 43-cü Sessiyasında Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə və Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam tarixinə və mədəniyyətinə aid abidələrin dağıdılmasına dair qətnamə qəbul olunub.

Bu barədə "Report"a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Qətnamədə Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsindən, bu işğalın davam etməsi və Azərbaycan ərazilərinin birtərəfli qaydada fiziki, demoqrafıq, iqtisadi, sosial və mədəni xarakterinin, eləcə də institusional strukturu və statusunun Ermənistan Respublikası tərəfindən dəyişdirilməsindən, habelə işğal olunmuş Azərbaycan ərazilərində ictimai və şəxsi mülkiyyətin məhv, talan edilməsi və mənimsənilməsindən, o cümlədən sözügedən ərazilərdə təbii sərvətlərin qeyri-qanuni istismarı, bu sərvətlərdən hazırlanmış məhsulların qanunsuz ticarətindən ciddi və dərin narahatlıq ifadə edilir.

Qətnamədə işğal olunmuş Azərbaycan ərazilərində mədəni mülkiyyətin itkisi, məhvi, çıxarılması, talan edilməsi, qanunsuz daşınması və mənimsənilməsi vandalizm aktı kimi qeyd olunur. Təşkilata üzv dövlətlər Ermənistanın təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsindən, onların acınacaqlı halından dərin təəssüf hissi keçirtdiklərini bildirir və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tam şəkildə icra edilməsinə riayət olunmasına çağırış edirlər.

İƏT-ə üzv dövlətlər bir daha Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət ifadə edirlər.

Qətnamədə həmçinin, Ermənistan silahlı qüvvələri tərəfindən mülki Azərbaycan əhalisinə qarşı törədilmiş hərəkətlər və insanlıq əleyhinə cinayətlərdən, o cümlədən işğal olunmuş ərazilərdə arxeoloji, mədəni və dini abidələrin qarət edilməsi və məhvindən ciddi narahatlıq ifadə olunur. Tələb olunur ki, Ermənistan silahlı qüvvələri BMT TŞ-nin müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və digər ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmalıdır.

Sənəddə Ermənistanın təcavüzkar kimi tanınması və təşkilatın nizamnaməsinin 7-ci bəndinə uyğun olaraq, lazımı tədbirlərin görülməsi üçün BMT TŞ-ə çağırış edilir. Eləcə də üzv dövlətlərdən xahiş olunur ki, silah və hərbi avadanlığın Ermənistana ötürülməsi üçün öz ərazilərdindən tranzit kimi istifadəyə imkan verməsinlər.

Qətnamədə Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş norma və prinsipləri, BMT TŞ-nin müvafiq qətnamələri, eləcə də ATƏT-in sənəd və qərarlarına uyğun olaraq Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı əsasında həll edilməli olduğu qeyd olunur.

Qərara alınır ki, üzv dövlətlərin BMT-dəki Daimi missiyaları BMT Baş Assambleyasında səsvermələr zamanı Azərbaycanın ərazi bütövlüyünə tam dəstək versinlər.

“Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam tarixinə və mədəniyyətinə aid abidələrin dağıdılması” adı altında qəbul edilmiş sənəddə isə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki tarixi, mədəni, arxeoloji, antropoloji və etnoqrafik abidələrin, maddi-mədəniyyət nümunələrinin İslam irsinin ayrılmaz tərkib hissəsi olduğu bildirilir və bu irsin Ermənistan tərəfindən dağıdılması kəskin tənqid edilir.

Bu kimi əməlləri ilə Ermənistan Respublikasının silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında Haaqa konvensiyası və onun əlavə protokollarını kobud şəkildə pozduğu qeyd olunur.

Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasının 822(1993), 853(1993), 874(1993) və 884(1993) saylı qətnamələrinin qəti şəkildə və qeyd-şərtsiz icra edilməsi tələb olunur.

Ermənistandan tələb olunur ki, beynəlxalq turizm sərgiləri və tədbirlərdə Azərbaycan tarixinə və mədəniyyətinə aid olan irsin özününkü kimi təqdim etməsi fəaliyyətinə son qoysun.

Daşkənddə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 43-ci toplantısında Azərbaycan Respublikasını xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib.

loading...
ABŞ-ın ikinci adamı türk olacaq? - like
  • 19 Okt 15:34  
Dünya ABŞ-ın ikinci adamı türk olacaq? -

"Vikiliks" saytı ABŞ-da Demokratlar Partiyasından prezidentliyə na

arrow Ətraflı
Mosuldakı İŞİD-çilərin sayı açıqlandı - VİDEO like
  • 19 Okt 15:29  
Dünya Mosuldakı İŞİD-çilərin sayı açıqlandı - VİDEO

İraq Silahlı Qüvvələri Mosuldakı İŞİD üzvlərinin sayının 5-6 min ol

arrow Ətraflı
Xırdalanda baldızını bıçaqlayan şəxsə hökm oxunub like
  • 19 Okt 15:28  
Sosial Xırdalanda baldızını bıçaqlayan şəxsə hökm oxunub

Aslan Hüseynov 7 il müddətinə azadlıqdan məhrum edilib

arrow Ətraflı
Səhiyyə Nazirliyi dərman vasitələrinin idxalı ilə bağlı xəbərdarlıq edib like
  • 19 Okt 15:26  
Sosial Səhiyyə Nazirliyi dərman vasitələrinin idxalı ilə bağlı xəbərdarlıq edib

Bəzən dərmanların qeydiyyat vəsiqəsinin qüvvədə olma müddətinin bitm

arrow Ətraflı
Qəbələdə qar görən ərəb turistlərin macəraları like
  • 19 Okt 15:26  
Digərləri Qəbələdə qar görən ərəb turistlərin macəraları

Qəbələ sakinləri və rayona gələn yerli və xarici turistlər hazırda bur

arrow Ətraflı
Bakıda Azərbaycan-Rusiya Qarışıq Komissiyasının iclası keçiriləcək like
  • 19 Okt 15:25  
İqtisadiyyat Bakıda Azərbaycan-Rusiya Qarışıq Komissiyasının iclası keçiriləcək

Danışıqlarda sürücülərin digər tərəfin ərazisində qalma müddətinin

arrow Ətraflı
Gömrük rüsumları artırıldı like
  • 19 Okt 15:21  
Digərləri Gömrük rüsumları artırıldı

Nazirlər Kabinetinin 2016-cı il 23 sentyabr tarixli qərarı ilə bir sıra k

arrow Ətraflı
Azərbaycanlı sürücülər Rusiyada nə qədər qala bilərlər? like
  • 19 Okt 15:15  
Digərləri Azərbaycanlı sürücülər Rusiyada nə qədər qala bilərlər?

Azərbaycanla Rusiya avtobmoillə sərnişin və yük daşımalarını müzakir

arrow Ətraflı
Türkləri “adam saymayan” partiya parlamentdə like
  • 19 Okt 15:15  
Digərləri Türkləri “adam saymayan” partiya parlamentdə

Oktyabrın 30-da Gürcüstanda parlament seçkilərinin ikinci tur

arrow Ətraflı
MDB ölkələri antiterror təlimləri keçirəcək like
  • 19 Okt 15:13  
Dünya MDB ölkələri antiterror təlimləri keçirəcək

Təlimlərdə iştirak edənlərin heyəti dəqiqləşdirilir

arrow Ətraflı
Bakıya avtomobil almağa gələn Kürdəmir sakini yoxa çıxdı like
  • 19 Okt 15:13  
Digərləri Bakıya avtomobil almağa gələn Kürdəmir sakini yoxa çıxdı

Bakıya avtomobil almağa gedən Kürdəmir sakini itkin düşüb.

arrow Ətraflı
"Fənərbağça"nın təyyarəsinə havada əşya çırpıldı - like
  • 19 Okt 15:13  
Dünya "Fənərbağça"nın təyyarəsinə havada əşya çırpıldı -

Avropa Liqasının 3-cü turu çərçivəsində "Fənərbağça" səf

arrow Ətraflı