Şirkət Yaşıllaşdırma İdarəsinin təzə basdırdığı tingləri çıxarıb atdı, sakinlər etiraza qalxdı


Digərləri 19 Okt 2016 15:36:00 77 0

Şirkət Yaşıllaşdırma İdarəsinin təzə basdırdığı tingləri çıxarıb atdı, sakinlər etiraza qalxdı

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi 131 ünvanda yerləşən parkdakı ağacların kəsilərək yerində çoxmərtəbəli yaşayış binasının tikilməsi yenidən gərginliyə səbəb olub. Bu gün-oktyabrın 19-da parkın ərazisi “Abşeron-M” MMC tərəfindən hasarlanıb. Bir qrup sakin isə etiraz aksiyası keçirərək tikintinin dayandırılmasını tələb edib.

Bu barədə virtualaz.org saytına sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, sentyabrın 18-də Bakı Şəhər Yağıllaşdırma İdarəsi tərəfindən parkda 50 ağac əkilib. “Bu gün tikinti şirkətinin nümayəndələri parkı hasarladılar. 1 günlük ağaclar isə yerindən çıxarıldı. Buna görə də etiraz aksiyası keçirərək narazılığımızı bildirdik”, saytın redaksiyasına müraciət edən sakinlər qeyd ediblər.

“Traktorları töküblər əraziyə, dünən yaşıllaşdırma idarəsinin əkdiyi ağacları bu gün ev tikən şirkətin fəhlələri qoparıb atır kənara. Bu ərazidəki ağaclar bir müddət əvvəl kəsilmişdi. Sakinlərin etirazlarına məhəl qoyulmamışdı. Çoxsaylı müraciətlərimizin nəticəsi olaraq, oktyabrın 18-də Yaşıllaşdırma İdarəsinin fəhlələri burada 50 ədəd ağac əkib getdi. Şirkət rəhbərliyi də sakinlərə xəbər göndərdi ki, “sevinməyin, səhər hamısını qırıb atacağıq”. Biz də gecədən yatmayıb ağacların keşiyini çəkdik. Səhər ağır texnikalar gəldi, ağacların əkildiyi ərazi hasara alındı. Səhərdən şirkətin fəhlələri ilə, az qala, ölüm-dirim savaşındayıq. Yenə də bildiklərini edirlər, dünən əkilən ağacları qoparırlar”-sakinlər deyir.

Bu günkü aksiyada 60-a yaxın sakin iştirak edib. Aksiyanın təşkilində ittiham olunan-131 ünvanda yaşayan  Qarabağ əlili Rövşən Qafarov saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinə aparılıb.

Qeyd edək ki, ağacların kəsilməsinə etiraz olaraq oktyabrın 5-də keçirilən aksiyada Rövşən Qafarov üstünə benzin tökərək özünü yandırmaq istəyərkən polislər tərəfindən saxlanılmışdı. Hadisə ilə bağlı Suraxanı Rayon Prokurorluğu tərəfindən özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb.

“Bu gün ağacları kəsmək istəyirdilər. Buna görə də sakinlər toplanaraq etiraz aksiyası keçirdilər. Hazırda polis idarəsindəyəm. Dedilər ki, 3 saat gözləyəcəksən”-R.Qafarov bildirib.

Onun sözlərinə görə, narazı sakinlər polis əməkdaşları tərəfidən ərazidən uzaqlaşdırılıblar. “Tikinti şirkətinin əməkdaşları mənə hədə-qorxu gəlir. Amma biz tikintinin aparılmasına sonadək etiraz edəcəyik. Çünki həmin  park bizim dincəldiyimiz yeganə məkandır”, R.Qafarov əlavə edib.

Şikayətçi deyir ki, Yaşıllaşdırma İdarəsinin nümayəndələri də əraziyə dəvət edilib. “Onlar da nə baş verdiyini gördülər. Ağaclar tikinti şirkətinin nümayəndələri tərəfindən çıxarılmışdı. Məni saxlayandan sonra nə baş verdiyii bilmirəm”, şikayətçi bildirib.

Şirkətin icraçı direktoru Sənan Rəhimov isə virtualaz.org saytına açıqlamasında bu gün tikinti aparılacaq ərazinin hasarlandığını təsdiqləyib. “Bizim şirkət tərəfindən bir ağac belə kəsilməyib. Əksinə biz tikintidən sonra ərazini yaşıllaşdırmağı planlaşdırırıq. Bizim aparacağımız tikinti parkın ərazisindən 8 metr yuxarıdadır”-S.Rəhimov deyib.

S.Rəhimov etiraz aksiyası keçirilməsi ilə bağlı sakinlərin dediklərini təkzib edib.

Bakı Şəhər İcra Hakimiyyətindən isə parkın ərazisinin tikinti şirkətinə satılması ilə bağllı ittihamlara cavab ala bilmədik. Meriyadan bildirdilər ki, suallar yazılı göndərilməli, mətbuat xidmətindən icazə alındıqdan sonra cavablandırılmalıdır.

Ülviyyə

loading...
ABŞ-ın ikinci adamı türk olacaq? - like
  • 19 Okt 15:34  
Dünya ABŞ-ın ikinci adamı türk olacaq? -

"Vikiliks" saytı ABŞ-da Demokratlar Partiyasından prezidentliyə na

arrow Ətraflı
Mosuldakı İŞİD-çilərin sayı açıqlandı - VİDEO like
  • 19 Okt 15:29  
Dünya Mosuldakı İŞİD-çilərin sayı açıqlandı - VİDEO

İraq Silahlı Qüvvələri Mosuldakı İŞİD üzvlərinin sayının 5-6 min ol

arrow Ətraflı
Xırdalanda baldızını bıçaqlayan şəxsə hökm oxunub like
  • 19 Okt 15:28  
Sosial Xırdalanda baldızını bıçaqlayan şəxsə hökm oxunub

Aslan Hüseynov 7 il müddətinə azadlıqdan məhrum edilib

arrow Ətraflı
Səhiyyə Nazirliyi dərman vasitələrinin idxalı ilə bağlı xəbərdarlıq edib like
  • 19 Okt 15:26  
Sosial Səhiyyə Nazirliyi dərman vasitələrinin idxalı ilə bağlı xəbərdarlıq edib

Bəzən dərmanların qeydiyyat vəsiqəsinin qüvvədə olma müddətinin bitm

arrow Ətraflı
Qəbələdə qar görən ərəb turistlərin macəraları like
  • 19 Okt 15:26  
Digərləri Qəbələdə qar görən ərəb turistlərin macəraları

Qəbələ sakinləri və rayona gələn yerli və xarici turistlər hazırda bur

arrow Ətraflı
Bakıda Azərbaycan-Rusiya Qarışıq Komissiyasının iclası keçiriləcək like
  • 19 Okt 15:25  
İqtisadiyyat Bakıda Azərbaycan-Rusiya Qarışıq Komissiyasının iclası keçiriləcək

Danışıqlarda sürücülərin digər tərəfin ərazisində qalma müddətinin

arrow Ətraflı
Gömrük rüsumları artırıldı like
  • 19 Okt 15:21  
Digərləri Gömrük rüsumları artırıldı

Nazirlər Kabinetinin 2016-cı il 23 sentyabr tarixli qərarı ilə bir sıra k

arrow Ətraflı
Azərbaycanlı sürücülər Rusiyada nə qədər qala bilərlər? like
  • 19 Okt 15:15  
Digərləri Azərbaycanlı sürücülər Rusiyada nə qədər qala bilərlər?

Azərbaycanla Rusiya avtobmoillə sərnişin və yük daşımalarını müzakir

arrow Ətraflı
Türkləri “adam saymayan” partiya parlamentdə like
  • 19 Okt 15:15  
Digərləri Türkləri “adam saymayan” partiya parlamentdə

Oktyabrın 30-da Gürcüstanda parlament seçkilərinin ikinci tur

arrow Ətraflı
MDB ölkələri antiterror təlimləri keçirəcək like
  • 19 Okt 15:13  
Dünya MDB ölkələri antiterror təlimləri keçirəcək

Təlimlərdə iştirak edənlərin heyəti dəqiqləşdirilir

arrow Ətraflı
Bakıya avtomobil almağa gələn Kürdəmir sakini yoxa çıxdı like
  • 19 Okt 15:13  
Digərləri Bakıya avtomobil almağa gələn Kürdəmir sakini yoxa çıxdı

Bakıya avtomobil almağa gedən Kürdəmir sakini itkin düşüb.

arrow Ətraflı
"Fənərbağça"nın təyyarəsinə havada əşya çırpıldı - like
  • 19 Okt 15:13  
Dünya "Fənərbağça"nın təyyarəsinə havada əşya çırpıldı -

Avropa Liqasının 3-cü turu çərçivəsində "Fənərbağça" səf

arrow Ətraflı