"Normativ hüquqi aktlar haqqında" qanunda dəyişiklik edildi


Siyasət 19 Okt 2016 15:08:00 57 0

"Normativ hüquqi aktlar haqqında" qanunda dəyişiklik edildi

Prezident İlham Əliyev "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 304 VKQD nömrəli Konstitusiya Qanununun tətbiqi və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Son.az AZƏRTAC-a istinadən fərmanı təqdim edir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 304 VKQD nömrəli Konstitusiya Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Konstitusiya Qanununun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Konstitusiya Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Konstitusiya Qanununa uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Konstitusiya Qanunundan irəli gələn digər məsələləri həll etsin;

1.5. ləğv edilmiş Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin normativ hüquqi aktlarına və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin normativ xarakterli aktlarına münasibətdə "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 7.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyəti Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının təklifləri əsasında həyata keçirsin və nəticəsi barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması ilə əlaqədar müvafiq səlahiyyət bölgüsündən irəli gələn Azərbaycan Respublikası Maliyyə Nazirliyinin normativ hüquqi aktlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının normativ xarakterli aktlarının qəbulu üzrə fəaliyyəti əlaqələndirsin;

1.7. hüquqi tənzimləmədə ziddiyyətlərin və boşluqların yaranmaması məqsədi ilə, eyni məsələ üzrə bu Fərmanın 1.5-ci və 1.6-cı bəndlərinə uyğun olaraq qəbul ediləcək hüquqi aktların eyni gündən qüvvəyə minməsi üçün zəruri tədbirlər görsün.

2. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 88; 2013, № 4, maddə 374) aşağıdakı dəyişikliklər edilsin:

2.1. aşağıdakı məzmunda 1.3.4-1-ci yarımbənd əlavə edilsin:

"1.3.4-1. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;";

2.2. 4.2-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.3-cü bənd əlavə edilsin:

"4.3. həmin Konstitusiya Qanununun 4.1.3-cü və 80.0.2.3-cü maddələrində "maliyyə bazarlarının tənzimləyicisi" dedikdə, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzərdə tutulur.";

2.3. aşağıdakı məzmunda 6-cı hissə əlavə edilsin:

"6. Azərbaycan Respublikasının dövlət dilində hüquqi aktlar rəsmi qəzetlərdə aşağıdakı qaydada dərc olunur:

6.1. Azərbaycan Respublikasının Konstitusiyası, referendumda qəbul edilmiş aktlar, Azərbaycan Respublikasının Konstitusiya qanunları, həmçinin onların tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları - "Azərbaycan" və "Xalq qəzeti" qəzetlərində;

6.2. Azərbaycan Respublikasının qanunları və onların tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları - "Azərbaycan" qəzetində;

6.3. bu Fərmanın 6.1-ci və 6.2-ci bəndlərində nəzərdə tutulmayan Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları - "Xalq qəzeti" qəzetində.".

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

X X X

Prezident İlham Əliyev "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə qanununda dəyişiklik edib:

Qanun dəyişikliyində qeyd edilir: 

"Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq qərara alır:

"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 69) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.0.3-cü maddədə "Qanununda nəzərdə tutulan dövlət və ya yerli özünüidarə orqanı tərəfindən qəbul" sözləri "Qanununun 4.1-ci maddəsində müəyyən" sözləri ilə əvəz edilsin.

2. 4.1.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"4.1.3. maliyyə bazarları tənzimləyicisinin qərarları;".

3. 80.0.2.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"80.0.2.3. "maliyyə bazarları tənzimləyicisinin qərarları";".

loading...
Ermənistanda dərman biznesini mafiya idarə edir like
  • 19 Okt 15:07  
Dünya Ermənistanda dərman biznesini mafiya idarə edir

Ermənistanda dərman idxalı və istehsalını mafiya idarə edir.

arrow Ətraflı
BVF: Yaxın 5 ildə neftin qiyməti 60 dolları keçməyəcək like
  • 19 Okt 15:04  
İqtisadiyyat BVF: Yaxın 5 ildə neftin qiyməti 60 dolları keçməyəcək

Dünya bazarında neftin qiyməti 2021-ci ilə qədər 60 dollar/barel səvi

arrow Ətraflı
Dostunun keçmiş sevgilisi ilə nişanlandı - FOTO like
  • 19 Okt 15:04  
Digərləri Dostunun keçmiş sevgilisi ilə nişanlandı - FOTO

"Survivor 2016"nın qalibi olan Atakan yeni iddialarla gündəmə gəlib

arrow Ətraflı
Bakıya maşın almağa gələn Kürdəmir sakini itkin düşüb like
  • 19 Okt 14:58  
Digərləri Bakıya maşın almağa gələn Kürdəmir sakini itkin düşüb

Bakıya avtomobil almağa gələn Kürdəmir sakini itkin düşüb.

arrow Ətraflı
Hakim Binəqədidə yanan bina ilə bağlı zamində olan şəxsi həbs etmək istədi like
  • 19 Okt 14:58  
Digərləri Hakim Binəqədidə yanan bina ilə bağlı zamində olan şəxsi həbs etmək istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda 16 mər

arrow Ətraflı
“İnanıram ki, “Qarabağ” “Fiorentina”ya məğlubiyyəti qələbə ilə unutduracaq” like
  • 19 Okt 14:56  
İdman “İnanıram ki, “Qarabağ” “Fiorentina”ya məğlubiyyəti qələbə ilə unutduracaq”

Təcrübəli mütəxəssis Yunis Hüseynovun müsahibəsi - “Qəbələ” v

arrow Ətraflı
Facebook canlı yayım xüsusiyyətinə daha bir funksiya əlavə etdi - FOTO like
  • 19 Okt 14:55  
Digərləri Facebook canlı yayım xüsusiyyətinə daha bir funksiya əlavə etdi - FOTO

Son zamanlar Facebook canlı yayım funksiyası üzərində ciddi dəyişiklikl

arrow Ətraflı
"Ailəmi sən dağıtdın" deyərək 500 min tələb etdi like
  • 19 Okt 14:52  
Digərləri "Ailəmi sən dağıtdın" deyərək 500 min tələb etdi

Model Demet Şener 11 illik həyat yoldaşı İbrahim Kutluaydan boşanmaqda isr

arrow Ətraflı
İlham Əliyev "Azərbaycan" və "Xalq qəzeti" ilə bağlı fərman imzaladı like
  • 19 Okt 14:51  
Digərləri İlham Əliyev "Azərbaycan" və "Xalq qəzeti" ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev “Normativ hüquqi aktlar haqqında” Az

arrow Ətraflı
Bakıda QƏRİBƏ CİNAYƏT - Həbs olunmaq üçün... - FOTO like
  • 19 Okt 14:49  
Digərləri Bakıda QƏRİBƏ CİNAYƏT - Həbs olunmaq üçün... - FOTO

Bakıda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb.

arrow Ətraflı
Xalq artistinin oğlu hələ də ağır vəziyyətdədir - FOTO like
  • 19 Okt 14:48  
Digərləri Xalq artistinin oğlu hələ də ağır vəziyyətdədir - FOTO

Azərbaycanın xalq artisti Eldəniz Zeynalovun oğlu aktyor Məmməd Zeynalovun

arrow Ətraflı
Xalq artisti: "Bu mənim üçün əlçatmaz idi" - FOTO like
  • 19 Okt 14:46  
Kriminal Xalq artisti: "Bu mənim üçün əlçatmaz idi" - FOTO

Xalq artisti Gülyaz Məmmədova uzun illərdir ki, teatrda çalışır. O arzul

arrow Ətraflı
“Kəpəz” üçün şad xəbər like
  • 19 Okt 14:44  
İdman “Kəpəz” üçün şad xəbər

“Qarabağ”a qarşı Gəncə şəhər stadionunda keçirilən çempionat mat

arrow Ətraflı
Mosuldakı İŞİD-çilərin sayı açıqlandı like
  • 19 Okt 14:43  
Digərləri Mosuldakı İŞİD-çilərin sayı açıqlandı

İraq Silahlı Qüvvələri Mosuldakı İŞİD üzvlərinin sayının 5-

arrow Ətraflı
Azərbaycan Mərkəzi Bankının sədri Dünya Bankının nümayəndə heyətini qəbul edib like
  • 19 Okt 14:41  
İqtisadiyyat Azərbaycan Mərkəzi Bankının sədri Dünya Bankının nümayəndə heyətini qəbul edib

Mərkəzi Bank ilə Dünya Bankı arasında əməkdaşlığın gələcək perspe

arrow Ətraflı