Türkləri “adam saymayan” partiya parlamentdə


Digərləri 19 Okt 2016 15:15:00 78 0

Türkləri “adam saymayan” partiya parlamentdə

Oktyabrın 30-da Gürcüstanda parlament seçkilərinin ikinci turu keçiriləcək. İkinci tur namizədlərdən heç birinin səslərin 50%-ni toplamadığı dairələrdə olacaq. Birinci turun nəticələrinə görə, parlamentə üç partiya keçə bilib: hakim «Gürcü arzusu» və müxalifətdə olan «Vahid Milli Hərəkat» və «Vətənpərvərlər alyansı».

 «Vətənpərvərlər alyansı»nı Gürcüstanda çoxları rusiyapərəst qüvvə hesab edir. Həmçinin, bu partiyanın millətçi baxışlara malik olduğu deyilir.Gürcüstanın siyasi partiyaları yenidən güclərini toplayıb seçkiyə hazırlaşırlar: ikinci turda düz 50 deputat yeri uğrunda mübarizə aparılacaq.

Birinci turda olduğu kimi, ikinci turda da əsas mübarizə hakim «Gürcü Arzusu» Partiyası ilə müxalif «Vahid Milli Hərəkat» arasında gedəcək. Digər siyasi partiyaları təmsil edən və müstəqil namizədlər yalnız dörd dairədə yarışacaqlar.

«Seçicilərin tənbəllik etməyib öz seçimlərini təsdiqləmək üçün yenidən məntəqələrə gəlməsi lazımdır», - müstəqil namizəd Salome Zurabişvili deyir.

 «Demokratik hərəkat» isə ikinci turda iştirakdan imtina edib. Onun lideri, eks-spiker Nino Burcanadze əmindir ki, ölkəni çox qaranlıq perspektivlər gözləyir.

«Ölkədə daha məhkəmə yoxdur, ədalətə nail olmaq imkanı yoxdur. Seçkilər əhəmiyyətini itirir. Bu vəziyyətdə ölkənin iki inkişaf istiqaməti var: a) tam avtokratiya və b) inqilab. Hər ikisi pisdir», - deyə Burcanadze tərəfdarları qarşısında çıxışında bildirib.

Oliqarx Bidzina Ivanişvilinin yaratdığı hakim «Gürcü Arzusu» Partiyası seçkilərin ikinci turunda parlamentdə konstitusion çoxluğu əldə etmək istəyini gizlətmir. Bu baş verəcəyi halda parlament müxalifəti hakim partiyanın qərarlarına təsir etmək imkanlarından məhrum olacaq.

Gürcüstanlı politoloq Gela Vasadze hesab edir ki, parlamentdə yalnız bir partiya – «Vahid Milli Hərəkat» müxalif mövqe nümayiş etdirəcək. Onun fikrincə, «Vətənpərvərlər alyansı»na ümid bəsləməyə dəyməz. Politoloq deyir ki, alyansa verilən rol başqadır. O, hakimiyyətin ruporu olacaq.

«Bidzina Ivanişvilinin Rusiyada maraqları var. Kreml və Moskva ona təsir göstərə bilir. Qərb də ona eyni dərəcədə təsir göstərə bilir. «Gürcü Arzusu»nun parlamentdə səsləndirməyə çəkindiyi, populyar olmayan, marginal fikirləri «Vətənpərvərlər alyansı» səsləndirəcək», - Gela Vasadze deyir.

«Vətənpərvərlər alyansı» özünü qərbpərəst qüvvə, sağçı Avropa mühafizəkarları kimi göstərən gənc partiyadır. Buna baxmayaraq, partiyanın təbliğatçısı olan «Obyektiv» telekanalı rusiyapərəst qüvvələrin çıxış meydançasına çevrilib. Bundan başqa, bu partiyanı tez-tez ksenofobiya və millətçilikdə suçlayırlar.

 «Gəlin açıq danışaq: Avroatlantika kursunu dəstəkləməklə yanaşı, bütün seçki kampaniyasını ksenofob bəyanatlar, antitürk təbliğatı və hətta «türklər insandırmı, yoxsa o qədər də yox» mövzusunda düşüncələr üzərində qurmaq mümkün deyil. Onlar hətta bunu da səsləndiriblər», - deyə Gela Vasadze bildirir.

Vasadze hesab edir ki, buna bənzər bəyanatlar başqa ölkələrlə münasibətlərdə Gürcüstanın nüfuzuna xələl gətirə bilər. Ancaq o deyir ki, «Vətənpərvərlər alyansı» hərdən auditoriyanı şənləndirir. Bir neçə gün bundan əvvəl partiyanın liderlərindən biri David Tarxan-Mouravi Amerikanın «GfK» tədqiqat şirkətini KFC restoranlar şəbəkəsi ilə səhv salıb və onun «bütün dünyada toyuq qanadları satan səriştəsiz bir təşkilat» olduğunu deyib.

Seçkilərin birinci turunda 5.01 % səs toplayan «Vətənpərvərlər alyansı» parlamentə düşməkdən ötrü minimal səddi keçib və altı mandat qazanıb. (“Azadlıq” radiosu)

loading...
MDB ölkələri antiterror təlimləri keçirəcək like
  • 19 Okt 15:13  
Dünya MDB ölkələri antiterror təlimləri keçirəcək

Təlimlərdə iştirak edənlərin heyəti dəqiqləşdirilir

arrow Ətraflı
Bakıya avtomobil almağa gələn Kürdəmir sakini yoxa çıxdı like
  • 19 Okt 15:13  
Digərləri Bakıya avtomobil almağa gələn Kürdəmir sakini yoxa çıxdı

Bakıya avtomobil almağa gedən Kürdəmir sakini itkin düşüb.

arrow Ətraflı
"Fənərbağça"nın təyyarəsinə havada əşya çırpıldı - like
  • 19 Okt 15:13  
Dünya "Fənərbağça"nın təyyarəsinə havada əşya çırpıldı -

Avropa Liqasının 3-cü turu çərçivəsində "Fənərbağça" səf

arrow Ətraflı
"Normativ hüquqi aktlar haqqında" qanunda dəyişiklik edildi like
  • 19 Okt 15:08  
Siyasət "Normativ hüquqi aktlar haqqında" qanunda dəyişiklik edildi

Prezident İlham Əliyev "Normativ hüquqi aktlar haqqında" Azərbay

arrow Ətraflı
Ermənistanda dərman biznesini mafiya idarə edir like
  • 19 Okt 15:07  
Dünya Ermənistanda dərman biznesini mafiya idarə edir

Ermənistanda dərman idxalı və istehsalını mafiya idarə edir.

arrow Ətraflı
BVF: Yaxın 5 ildə neftin qiyməti 60 dolları keçməyəcək like
  • 19 Okt 15:04  
İqtisadiyyat BVF: Yaxın 5 ildə neftin qiyməti 60 dolları keçməyəcək

Dünya bazarında neftin qiyməti 2021-ci ilə qədər 60 dollar/barel səvi

arrow Ətraflı
Dostunun keçmiş sevgilisi ilə nişanlandı - FOTO like
  • 19 Okt 15:04  
Digərləri Dostunun keçmiş sevgilisi ilə nişanlandı - FOTO

"Survivor 2016"nın qalibi olan Atakan yeni iddialarla gündəmə gəlib

arrow Ətraflı
Bakıya maşın almağa gələn Kürdəmir sakini itkin düşüb like
  • 19 Okt 14:58  
Digərləri Bakıya maşın almağa gələn Kürdəmir sakini itkin düşüb

Bakıya avtomobil almağa gələn Kürdəmir sakini itkin düşüb.

arrow Ətraflı
Hakim Binəqədidə yanan bina ilə bağlı zamində olan şəxsi həbs etmək istədi like
  • 19 Okt 14:58  
Digərləri Hakim Binəqədidə yanan bina ilə bağlı zamində olan şəxsi həbs etmək istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda 16 mər

arrow Ətraflı
“İnanıram ki, “Qarabağ” “Fiorentina”ya məğlubiyyəti qələbə ilə unutduracaq” like
  • 19 Okt 14:56  
İdman “İnanıram ki, “Qarabağ” “Fiorentina”ya məğlubiyyəti qələbə ilə unutduracaq”

Təcrübəli mütəxəssis Yunis Hüseynovun müsahibəsi - “Qəbələ” v

arrow Ətraflı
Facebook canlı yayım xüsusiyyətinə daha bir funksiya əlavə etdi - FOTO like
  • 19 Okt 14:55  
Digərləri Facebook canlı yayım xüsusiyyətinə daha bir funksiya əlavə etdi - FOTO

Son zamanlar Facebook canlı yayım funksiyası üzərində ciddi dəyişiklikl

arrow Ətraflı
"Ailəmi sən dağıtdın" deyərək 500 min tələb etdi like
  • 19 Okt 14:52  
Digərləri "Ailəmi sən dağıtdın" deyərək 500 min tələb etdi

Model Demet Şener 11 illik həyat yoldaşı İbrahim Kutluaydan boşanmaqda isr

arrow Ətraflı
İlham Əliyev "Azərbaycan" və "Xalq qəzeti" ilə bağlı fərman imzaladı like
  • 19 Okt 14:51  
Digərləri İlham Əliyev "Azərbaycan" və "Xalq qəzeti" ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev “Normativ hüquqi aktlar haqqında” Az

arrow Ətraflı
Bakıda QƏRİBƏ CİNAYƏT - Həbs olunmaq üçün... - FOTO like
  • 19 Okt 14:49  
Digərləri Bakıda QƏRİBƏ CİNAYƏT - Həbs olunmaq üçün... - FOTO

Bakıda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb.

arrow Ətraflı